Şair Məhəbbət Kəlbəcərlinin yeni şeirlər kitabı işıq üzü görüb. Dalidag.az bildirir ki, bu barədə şair özü məlumat verib: "Əziz dostlar, dəyərli oxucular, bu gün görüşünüzə 7-ci kitabım olan "Zaman külək, mən yarpaq" kitabımla gəlmişəm, görək söhbətimiz necə keçir, sizlərə uğurlar arzulayıram!" Dalidag.az ailəsi olaraq şairi təbrik edir, yeni yaradıcılıq uğurları diləyir və bir neçə şeirini oxucuların ixtiyarına veririk. OYY Gəncliyimi koruxmağa qoymuyun, Eşitmirsiz?--dağım, düzüm, dərəm oyy !

"...Haqlıyıq, haqqın səsin, dünya duymaq istəmir! Ədalət axtarışında, Haqqa uymak istəmir!.." Dalidag.az Hüseyn Mirzənin şeirini təqdim edir Bizə birlik gərəkdir! Yüz illərdi rayrıyıq, O taylı, butaylıyıq, Bölünmüşük elbəel, Bölünmüşük ilbəil! “Haralısan” sualı Salamdan qabaq gəlir! El kəndə, kənd komaya Sanki sığacaq gəlir. Bü təfəkkür, düşüncə Sıxacaq bizi küncə! Vaxtında silkələnib, Tez ayılmaq gərəkdir, Toplum, camaat deyil, Millət olmaq gərəkdir! Yurdbizim, Vətən bizim, Həm bütöv, həm tən

Namiq Dəlidağlı …Ötən ilin bir payız günü idi. Sumqayıtda küçədə rastlaşdıq. Namiq Dəlidağlı mənə bir “əllilik” verdi ki, “xırdalayım”. Hətta məni çay süfrəsinə dəvət elədi, amma tələsdiyim üçün üzrxahlıq edərək, “əlliliyi” də cibimə qoyub getdim. İndi yadıma düşür ki, axı, o “əllilik” elə də qaldı. Fikirləşməyin ki, xəzinədar-filanam. Mən hara, pul xırdalamaq hara? Olsa-olsa, söz xırdalayaram. Elə söhbət də şair dostum Namiqin 50 yaşı üçün çap etdirdiyi əl boyda “Əllidə ələnənlər” kitabından

Lilpar Cəmşidqızı 1965-ci ildə Bərdə rayonunda anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya-Texnologiya” fakültəsinə qəbul olub, 1992-ci ildə institutu müvəffəqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır, iki övladı var. L.Cəmşidqızı öz sənəti üzrə işləmir, yaradıcılıqla məşğul olur. Çoxlu sayda şeir, qəzəl və rübailər müəllifidir. Onun indiyədək oxuculara “Tənhalıq içində əllər üşüyür” şeirlər kitabı, Rübailər kitabı və

Atalar yaxşı deyib, sözün də qanadı var. Ətrafımızda qanadlanan sözlərin öz sirri və sirdaşı var. Sözə hər an sirdaş olan və sirrini sözlərlə paylaşan Azərbaycanın, eləcə də Türk dünyasının dəyərli şairi və el ağsaqqalı Məmməd Aslan ömrünü söz yolunda bir əbədi heykəl etmişdir. Məmməd Muxtar oğlu Aslanov 1939- cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən şairin həyatı keşməkeşli olmuşdur. Ruhunu bürümüş doğma Kəlbəcər elinin saf havasını sözlərində

"...Apar məni, ilahi Sığınım göy üzünə. Kəhkəşanda bir az da Yaxın olum mən sənə..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: APAR MƏNİ, İLAHİ Apar məni, ilahi, Apar məni buradan. Sən ey hər şeyi görən, Sən ey gözəgörünməz Yoxluqdan var yaradan. Bu dünyada zülm çox, Bu dünyada zalım çox, Mənim daha burada Dayanacaq halım yox. Apar məni, ilahi Sığınım göy üzünə. Kəhkəşanda bir az da Yaxın olum mən sənə. Istəmədən gəlmişəm Yalan-dolan dünyaya. Qaytar məni geriyə, Ruhum olan

Süleyman Abdulla yaradıcılığı hələ də öz tədqiqini tapmayan, dəyəri verilməyən, təmənnalı tənqidçilərin gözlərindən "yayınan" zəngin poetik dünyadır. Bu dünyanın sirli, sehirli sözündən, mənəvi gözəlliyindən bəhrələnmək çoxlarına sərf eləmir. Çünki bu "ayinədə əyri görürlər özlərini". Tanrı sənə rəhmət eləsin , böyük Mirzə Ələkbər Sabir. Bu günümüzün ədalətini ölçən "Femidaların" öz arşını, öz tərəzisi var. Necə və nəyi çəkirlər? Bunu heç Tanrı da bilmir. Bilirsə də səsi gəlib bizə çatmır.

Mərziyyə Nəcəfova, Filologiya elmləri doktoru Yüksəlişə can atmaq insanın təbiətindədir.O, doğulduğu andan tez boy atmaq, böyümək, ağla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir.Vətən yolunda canını fəda edən oğullarımız əslində ölmür, ölümüylə ölümsüzlük qazanır. 1990-cı ildə də, Azərbaycanın aza dlığı yolunda igidlərimiz şəhid oldular. Və onların canı, qanı bahasına qazandığımız azadlığımız bu xalqın

Bu axşam kövrəlin, kövrəlin bir az, Axsın gözünüzdən bir damla yaş da. Qəm üstə köklənib sarı simli saz, Köhnə xatirələr dolanır başda...(S.Q) Sözdən o yana mən varam dedi, sözünə, özünə sadiq adam, sözün qulu oldu, sözünün ağası. O da belə sevildi, belə yadda qaldı, belə xatirələrə köçdü. Cismini qovuşdurdu bənövşə ətirli torpağa. Ruhunu, sözünü yadigar qoydu bizlərə. Əvəzolunmazlar var... Bu gün həmin əvəzolunmazlardan birinin- mərhum şair Sabir Sarvanın doğum günüdü. Yaşasaydı 65 yaşını qeyd

Ənvər RZA: Yazda nə var, yaylaqların payızda Vəfasını yoxlamağa gəlmişəm… “Ənvər Rzanı xatırlayarkən”… Ənvər Rzanı xatırlamaq nə qədər savabdırsa, bir o qədər də ağrlı, acılıdır. Onu tanıyanlardan kim sakit, təmkinlə (Ənvər Rzanın özü kimi) onun haqqında söz aça bilər? Heç kim, məncə… Payızdı yenə də… Şairin ürəkdağlayn şeirlərindən biri yaşartdı gözlərimi, duman-çiskin endi qaşlrımdan aşağı: Dağlar elsiz, çöl tütəksiz, çəmən lal, Mən bu dərdi oxlamağa gəlmişəm. Yazda nə var, yaylaqların
Yazı axını