İntiqam Aqşin oğlu Hüseynov Goygol rayonunun Hacıməlik qəsəbəsində yaşayır. Xeyli vaxtdır duyğularını, hislərini sözə çevirir, şeir yazmaqla içini titrədən ağrıları ovutmağa çalışır. İ.Hüseynov yeddi yasından sonra taleyin sərt üzü ilə rastlaşıb, birinci qurup əlildir. Dalidag.az İntiqam Hüseynovun bir neçə şeirini oxuculara təqdim edir. Qeyd edək ki, şeirlər müəllifin ilk qələm təcrübəsidir. Texniki qüsurlar, bədii çatışmamazlıqlar bağışlanan olar deyə düşündük. Müəllifə uğurlar arzulayır və

KƏLBƏCƏRƏ DÖNÜRÜK... İlahi, sənə şükür, diləyimiz çin oldu, Kəlbəcərə dönürük... İllərdi gözləyirdik, bu gün, həmin gün oldu- KƏLBƏCƏRƏ DÖNÜRÜK... Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı, bu yurdun əvəzi yox-dür qayası, dür daşı. Şəhid-Şəhid göyərən hər qayası, hər daşı- KƏLBƏCƏRƏ DÖNÜRÜK... Kimin düşsə bu yerə, güzarı- sevinəcək, qalmayacaq ağrısı-azarı, sevinəcək... Uluların torpağı-məzarı sevinəcək, KƏLBƏCƏRƏ DÖNÜRÜK... Var olsun milli ordum, zəfər çalıb gəlirik, düşmənə qan uddurub, qisas

Q arı tərsliyindən əl çəkmirdi. Oğullar-qızları, qonşu-qohumları nə qədər dil tökürdülərsə “evimdən heç hara getmirəm”deyə israr edirdi. “Dur, yığış gedək” dedikcə gedib inəyin boynunu qucaqlayıb, “qoymaram onu satasınız”deyib göz yaşı tökürdü. Övladları çarəsiz-çarəsiz analarına baxırdılar. Nə qarını qoyub getmək olurdu, nə də onlar şəhərdəki iş-güclərini buraxıb kəndə yığışa bilirdilər. Gəlinin yığdığı boğçanı dağıdıb paltarlarını yerinə yığdı. Qızı da bir küncdə əli qoynunda dayanıb anasına

Nəcəf bəy Vəzirov fevral ayının 17-i 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri olmuşdur. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoymuşdur. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy

“Qadın öz potensialını tapmalı, onu inkişaf etdirməlidir və yalnız bundan sonra onu gözəl gələcək gözləyir”. Düşünürəm ki, filosof Oşonun bu fikirlərini yazıçı Narıngül Nadirin yeni “Günəş üzlü qadın” kitabının mahiyyətinə aid etmək olar. Kitabdakı hekayələr qadın ruhunun azadlığı və əsarətindən boy alıb. Yazıçı kitabı bir hekayəsinin adı ilə- “Günəş üzlü qadın” adlandırıb. Əslində bu adı demək olar ki, kitabdakı hər hekayəyə başlıq seçə bilərik, çünki hər hekayətdə bir günəş üzlü qadın var;

Canını Vətən uğrunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinin əlindən öpürəm. Biz bundan sonrakı həyatımız boyu şəhidlərimizə, qazilərimizə, eləcə də bütün əsgər və zabitlərimizə borcluyuq. Şəhidlərimizə həsr etdiyim şeir ürəyimdən gəldiyi üçün dostlarla bölüşməyi özümə borc bildim. Qarabağ uğrunda şəhid olanlar Bir dastana dönüb eldə yaşayır. Əlli milyon xalqın övladı olub Hər biri minlərlə evdə yaşayır. Zəngilanı, Qubadlını alanlar, Şuşamızda qələbəni çalanlar,

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbridə

Şairlik, söz adamı olmaq Yaradanın bir lütfüdür. Hər nə qədər çətin və əzablı olsa da özündən Tanrıya gedən yolun yolçuluğunda bütününə varmaq xüsusiyyətinin təsəllisi xoşbəxt edir insanı. Tanrının seçilmişlərindən olmaq, dünyanın içində dünya yaratmaq xoşbəxtliyinin hər kəsə nəsib olmaması da şairin tale şansıdır. Onun da qismətinə yeni, fərqli fikirləri, duyğularının poetik təzahürü ilə Söz adlı dünyada var olmaq düşüb. Söhbət dəyərli şair, yazarların dostu Dayandur Sevgindən gedir. D. Sevgin

Təpədən-dırnağa sözə köklənmiş Kəlbəcər adlı möcüzə yurdun şair təbiətli, duyğularla anlaşan, ruhu təbiətlə danışan insanları çoxdu. Ədəbiyyata dəyərli imzalar bəxş etmiş Kəlbəcərin özünəməxsus şeiriyyət aləmi, şöz-sənət ocağı var. Bu mübarək yurdun söz dünyasına yol alan könlümüzün növbəti dayanacağı Elçin Şirinov poeziyası oldu. Bu gün onun özəl günüdür. Şairə ürək sözlərimizi ünvanlamaq və ötən illərdən fərqlənən builki doğum günününün sevincini bölüşmək istədik. Şirinovlar şəcərəsinin

"...Sən yatanda gecələr Ruhum, xəyalım ilə Gecənin qanadında sənə qonaq gələydim..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: *** Sən yatanda gecələr Buludlar arasından Oğrun-oğrun boylanıb pəncərəndən süzülən Ay işığı olaydım. Süzülüb pəncərədən otağına dolaydım, Sənin gül camalını vurğun-vurğun süzəydim. Pənbə dodaqlarından Doya-doya öpəydim. Yastığın üstündəki İlan kimi qıvrılan telini qoxlayaydım Körpə uşaqlar kimi, əllərindən tutaydım... Sən yatanda gecələr Sənin yuxularına
Yazı axını
 
 
 
29 / 04 / 2024