Reklam
"O ötüb keçənlər bəlkə bir röya..." - Adil Şirin
24-06-2025 13:37
Adil ŞirinSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Adil Şirin yaradıcılığından:
ƏSİRGƏMƏ MƏNDƏN DUALARINI
Sənsiz yaşamaram deyirdim, gülüm,
Bir zindana dönər sənsiz bu dünya.
Niyə yaşayıram, mən niyə sənsiz
O ötüb keçənlər bəlkə bir röya.
Həsrətin hər zaman kəsib yolumu,
Vəfalı köpəktək önümdə durub.
Bağlayıb əlimi, tutub qolumu
Bəzən dərdli-dərdli boynunu burub.
Pəncərə önündə ümidsiz, yorğun
Dayanıb baxaram, gözüm yol çəkər.
Nə uzanan yollar gətirər səni,
Nə də bu həsrətin məndən əl çəkər.
Niyə yaşayıram, mən niyə sənsiz
Məhbəs divarları yıxılmır niyə.
Nə yerə sığıram, nə göyə sənsiz,
Bu həsrət, bu hicran yox olmur niyə.
Bəlkə bu bir yuxu - harda, hardayam?..
O isti, mehriban baxışın hanı?
Yaman çətindəyəm, yaman dardayam
Əsirgəmə məndən dualarını...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-06-2025 13:37
Baxış sayı: 3643Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























