Reklam
"Dəniz od olmasın qoy əllərində..." - Atlaz Rzayi
25-06-2025 13:18
Atlaz RzayiSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Atlaz Rzayi yaradıcılığından:
HƏLƏ BİR AZ SEV
Məni unutmağa nə tələsirsən?
Daş ki daşımırsan, qaya yarmırsan.
Sənin ürəyində yerim rahatdır,
Məni bu mənzildə sevib yormursan,
Hələ bir az sev.
Günəşi, səmanı lap özün kimi
Mən səni sevdikcə tanıyacaqsan.
Əsl ömür nədir, yaşamaq nədir?
Sən məni sevdikcə anlayacaqsan,
Hələ bir az sev.
Düşün dərin-dərin son qərarını,
Kövrək ürəyində kim güləcəkdir?
Təpədən dırnağa tanıyıb səni…
Mən getsəm, yerimə kim gələcəkdir?
Hələ bir az sev.
Saxla məhəbbətdən şikayətini
Çağlayan eşqinin sahillərində.
Gəl otur, əzizim, dənizi dinlə,
Dəniz od olmasın qoy əllərində
Hələ bir az sev .
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-06-2025 13:18
Baxış sayı: 3522Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























