Reklam
"Saralan ömrümə tər çiçək qadın..." - Fərid Muradzadə
21-06-2025 12:39
Fərid MuradzadəDurmuşdum beləcə, üzü göylərə,
Tanrımı göndərdi, özünmü gəldin?(Rüstəm Behrudi)
ÖZÜNMÜ GƏLDİN?
Səni bu pəjmürdə dərdli halıma,
Tanrımı göndərdi, özünmü gəldin?
Səni təkliyimə, tənhalığıma,
Tanrımı göndərdi, özünmü gəldin?
Saralan ömrümə tər çiçək qadın,
Ay həlim, ay ürkək, a göyçək qadın,
Göydən yerə endin, ağ mələk qadın ,
Tanrımı göndərdi, özünmü gəldin?
Ətrin qızılgülün qoxusu kimi ,
Yanğımı söndürdü səsin, su kimi,
Yorğun gözlərimin yuxusu kimi,
Tanrımı göndərdi, özünmü gəldin?
Gözümdə böyüyür, uzanır yollar,
Məni uzaqlara çəkir xəyallar,
Ard-arda köksümü dəlir suallar
Tanrımı göndərdi, özünmü gəldin?
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-06-2025 12:39
Baxış sayı: 3530Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























