Reklam
"Anlar ötüb keçir lal kimi səssiz..." - İsmayıl İmanzadə
26-06-2025 15:45
İsmayıl İmanzadəSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İsmayıl İmanzadə yaradıcılığından:
HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA...
Hər gecə ölürəm yuxularımda,
Hər səhər təzədən dirilirəm mən.
Könlümdə çağlayan duyğularımda
Çalxana-çalxana duruluram mən.
Qəm-qüssə çiynimdə qara tabutum,
Zülmətdən qaçıram al günəş kimi.
Saflıq axtarıram hərdən bir udum,
Sınağa çəkəndə illər qəlbimi.
Həyat gözlərimdə yarımçıq yuxu,
Ovulub içimdə səsim, harayım.
Gedən köç qayıtmır... onu mən axı,
Necə soraqlayım, harda arayım?!
Anlar ötüb keçir lal kimi səssiz,
Kövrək xatirələr yolur “saçını”.
Taleyin hökmüylə titrəyəndə diz,
Hər sual qurulan dar ağacımı?..
Köksümdə nisgilin şırımı dərin,
Xəyalım sabaha üz tutan cığır.
Gözümdən yayınıb itən illərin
Tüstüsü hələ də başımdan çıxır...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-06-2025 15:45
Baxış sayı: 332Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























