"Köşklər ziyalıları itirib deyə, təzə abzasdan siqaretə başlayıb..." - Fuad Cəfərli
23-06-2025 14:43
Fuad CəfərliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Fuad Cəfərli yaradıcılığından:
ADƏM SAĞ OLSAYDI...
Bir ömür dünya üçün azdı, ikincisi isə çox...
Bu azlığın və çoxluğun içində
ölçüyə gəlməyən dəhşətə müharibə deyilir.
Əziz peşəkar, sən gəl kəmiyyətin heçliyini
ayağını itirmiş günlərə isbat et!
O zaman görəcəksən,
görəcəksən
bütün kitablar əslində nəsə gizlədirmiş.
Yəni
həyat tələbəsinin kobudluğu daha uğurlu olur.
Kimsə oradan fərdiyyətçilərə desin ki,
dörd əməl yalnız nəticə üçün deyil,
həm də vəhdət üçündü.
Vəhdətin qanadlandığı yerdə
kölgənin kiçikliyi qədər
böyüklüyü də insana kədər verir.
Yəqin Adəm sağ olsaydı, belə buyurardı:
...cəftə və ya kilid olan yerdə qapıdan küsməzlər.
Hər kitab itkini bir cür qarşılayıb.
Köşklər ziyalıları itirib deyə,
təzə abzasdan siqaretə başlayıb.
Xörəklər də xeyli vaxtdır, uduzub çörəyə.
Çörəyin çoxluğu mədəniyyətdən deyil,
dostum, acı olsa da
sən ondan məğlubiyyəti soruş.
Təəssüf ki, hər insanla böyümür sevgi!
Yoxsa geridə qaldığını düşündüyün kastalar
əsrlər sonra küçənin tinində
axsaya-axsaya qarşına çıxmazdı.
İstəsən günahı mühafizəkarlarda
və ya liberallarda da tapmaq olardı,
Lakin çox gec idi.
Artıq sabahların kölgəsi,
valideynə övladını doyunca sevməyə icazə vermirdi.
Rica edirəm, ürəyimə toxunma, çün o mənim qanadımdı.
Misralar indiyə bənzəyir,
sanki sabaha dair nəsə deyir.
Fəqət, bağlayıcıları hər zaman olduğu kimi
yenə sadəcə susur...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-06-2025 14:43
Baxış sayı: 3331Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















