Reklam
"Bir dilək qayığı buraxın sulara ağ kağızdan…" - Səadət Cahangir
22-06-2025 15:30
Səadət CahangirSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Səadət Cahangir yaradıcılığından:
***
Bir sabah
dan yeri ağarmadan
bütün yorğunların yerinə oyanın,
bir fincan süd qoyun qapıya,
anasını azmış pişik balası var,
anası dönüncə ac qalar…
bir az alatoranlığın səssizliyində
dayanın işıqlar yanmamış,
bir ovuc çörək səpin oyaq göyərçinlərə
şəhər oyanmamış…
səhər açılmamış
dolu qarderobları açın sıra-sıra
köhnə geyimlərin cibindən
boş ümidləri çırpın getsin bayıra…
gözəl mahnılar dinləyin
küyçü radiolar başlamamış
birağızdan,
sahilə enin
dənizçilər yola çıxmamış,
bir dilək qayığı buraxın
sulara ağ kağızdan…
bir şeir oxuyun,
bir şeir- uzaq arzulara yazılmış olsun,
cavab məktubu qocaman bir ümid tək
qoca poçtalyonun
unutqanlığına qalmış olsun…
bir sabah
bütün yorğunların yerinə oyanın
dan yeri ağarmadan,
sizdən olsun o gözəl gün,
buraxın yuxuya qalsın
neçə yorğun adam…
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-06-2025 15:30
Baxış sayı: 3661Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























