Reklam
"Bütün başlanğıclar sondan başladı..." - Vəfa Mürsəlqızı
23-07-2025 15:54
Vəfa MürsəlqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vəfa Mürsəlqızı yaradıcılığından:
DÜŞ, GƏL BAĞIŞLAYAQ BİR-BİRİMİZİ
Bütün nağılların almayla bitdi,
Bütün başlanğıclar sondan başladı,
Ən böyük yalanı anam danışdı,
Ömrümün yalanı ondan başladı.
Mən bir az aldatdım, bir az aldandım,
Gəlirim, çıxarım nə oldu axı?
Sənə tapşırdığım pis adamların,
Demədin axırı nə oldu axı?
Yadına gəlirmi yalvarışlarım?
Yadına gəlmirsə, nə deyim sənə?
Yadına gəlirmi aldanışlarım?
Bağışla unutdum, məndən sənə nə?
Qələmdə doğulur, kağızda ölür,
Bu şəhid şeirlər qazi şeirlər,
Oxuma cırıb at, məktublarımdır,
Bu dərdli şeirlər, asi şeirlər.
Mənim də olanım budur, incimə,
Haqq da taptayıram, haqq da yeyirəm,
Sən məni bağışla qurbanın olum,
Mən hərdən sənə də yalan deyirəm.
Mən elə bilirdim sən unutmazsan,
Dərdlərim yadında qalar, ilahi!
Bağışla, bilmirdim sən olan yerdə,
Bu boyda haqsızlıq olar İlahi!
Sən bir yaxşılıq et, mən də bir dua,
Ağlayım, göz yaşım ovutsun bizi,
Eh, mənim gəlməyə üzüm qalmayıb,
Düş, gəl bağışlayaq bir-birimizi.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-07-2025 15:54
Baxış sayı: 3333Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























