Reklam
"Əllərimi barmaq izin bəzəmir..." - Səfa Rəşid
20-07-2025 11:52
Səfa RəşidSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Səfa Rəşid yaradıcılığından:
***
Ömür bitdi...gün olmadı mənimki,
Bir gülərüz üzdə qalıb min ahım.
Bundan belə darıxmağa nə var ki,
Ayrılığı sal yadıma, darıxım.
Ayrılığı sal yadıma, darıxım,
Beli kəmər çiçəklərə əlvida.
Arzular var, ürəyimdə bir qubar,
Açılmayan ləçəklərə əlvida.
Ayrılığı sal yadıma, darıxım,
Şeir var ki, urəyimin özüdü.
Bir həftəlik deyil axı ayrılıq,
Dodağımın isinməyən sözüdü.
Ayrılığı sal yadıma, darıxım
Səndən sonra dərdlərim var, təzədi.
Kürəyimdə ağrıların yenisi,
Əllərimi barmaq izin bəzəmir...
Ayrılığı sal yadıma, darıxım,
Bir ağrı ol ürəyimi sıx indi.
Sən özün də darıxmağı sevirsən,
Darıxmırsan, urəyimdən çıx indi...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-07-2025 11:52
Baxış sayı: 3390Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























