Reklam
"Mənim bu dünyayla bitdi savaşım..." - Tofiq Nurəli
21-07-2025 11:23
Tofiq NurəliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tofiq Nurəli yaradıcılığından:
SON SAVAŞ
Mənim bu dünyayla bitdi savaşım..,
Enində-sonunda heç-heçəyik biz...
Döyüşü tullayıb gedən dünyanın
Baxıram dalınca səssiz-səmirsiz...
Mən özüm üzgünəm..,
o haldan düşüb...
O qanlı savaşlar olmayıb sanki..,
Düzün deyəcəyəm--- inanırsan ki,
Mən çaşıb qalmışam..,
o da büzüşüb
gedir səssiz, lap duman kimi..,
hərdən-bir dayanıb nəfəs də dərir...
Sanki unut deyir, unut hər şeyi---
Elə bil mənə lap salam göndərir...
...Çırpdıq yerə-göyə bir-birimizi..,
Əzilmiş qançırlı göy dizləri var,
Vuruş meydanında---ömrün düzündə
Döyüşlərdən qalan qan izləri var...
Gözünün altında qappqara qançır..,
Mənim ürəyimdə çapıq yerləri...
Mən möhür vursam da onun alnına,
Məndə yaraların açıq yerləri...
Niyə vuruşdum ki, bu qədər axı?.,
Sən ki, heç imişsən, EYY ÇIXIB GEDƏN...
Anlaya bilmirəm nəyin uğrunda
Heçliklə vuruşdum bu qədər nədən..?
Heçliklə vuruşan mən də heçəmmiş...
Amansız vuruşu heç ilə heçin...
Bilsəydim bu günah kiminki idi,
Bilərdim günahdan keçməyim.., keçim?!.
Mənim bu dünyayla bitdi savaşım,
Enində-sonunda heç-heçəyik biz...
Döyüşü tullayıb gedən dünyanın
Baxıram dalınca səssiz-səmirsiz.
Mən düşüb qalmışam yorğun və mağmın..,
Mənə indi çatır bu qansız kələk—
Deməli, ONUNKU BİTDİ MƏNİMLƏ,
O AYRI VURUŞA YOLLANDI DEMƏK...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-07-2025 11:23
Baxış sayı: 3664Yazı axını
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
Ən çox oxunanlar
10-06-2026 19:22



























