Reklam
"Çəkək ruhumuza gözəllikləri..." - Süleyman Hüseynov
22-07-2025 11:43
Süleyman HüseynovSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Süleyman Hüseynov yaradıcılığından:
NƏĞMƏLƏR YAZAQ
Könül, at başından kədəri, qəmi,
Gəl, seyrə çıxaq biz bu xoş aləmi.
Sən mənə ilham ver, mən də qələmi,
Götürüb, bu gündən şeirlər yazaq.
Baş qoşma naxələf, nadan kəslərə,
Vicdanı, məsləki satan kəslərə ,
Qulaq ver Xudadan gələn səslərə,
O səslər qoymaz ki, düz yolu azaq.
Yurdumun hər yanı - gözəllik yeri,
Çəkək ruhumuza gözəllikləri.
Qovaq içimızdən şeytanı, şəri,
Bədxah duyğulardan dolanaq uzaq.
Gəzək bu yerləri hey oylaq - oylaq,
Gözəl təbiəti gəl, bir də duyaq.
Onsuz da çətin ki, dünyadan doyaq ,
Dunyanı duymamış, gedənlər yazıq.
Sevdiyin cananla verib əl - ələ,
Dağda bəyaz qara, bağda tər gülə,
Baxaq bir doyunca, bəlkə bu elə,
Əlçatmaz, sonuncu görüş olacaq?!
Dünyaya boş gəlir, boş gedir insan,
Onlardan biri də olsun Süleyman,
Əliboş getsə də, yanar hər zaman,
Qəlbimin sözüylə alışan ocaq,
Bu ocaq xətrinə nəğmələr qoşaq!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-07-2025 11:43
Baxış sayı: 3448Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























