Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hərbi Prokurorluğun

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb. DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb. Araşdırma aparılır. Dəlidağ.az

Şair Nəbi Dilsuzun (Şair Molla Nəbi Kəlbəcərli) “Yaxşılıq bir güldür, solmaz dünyada” adlı kitabı işıq üzü görüb. Kitabda əsasən, ötən əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun ayrı-ayrı arxivlərdən toplanmış müxtəlif mövzuları əhatə edən şeirləri, 1939-cu ildə “Azərbaycan xalq dastanları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, həmçinin indiyə kimi işıq üzü görməyən “Fəzli və Məhluqa” adlı dastanları çap olunub. Yağı düşmən Kəlbəcəri iğşal edən zaman şairin bir çox əlyazmaları

Azərbaycanda polis zabiti dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, polis kapitanı Qurban Həsənov xəstəlik səbəbindən vəfat edib. 37 yaşl mərhum polis kapitanı uzun müddət Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsində işləyib.

30 il bir igidin ömrüdü deyirlər. Minlərlə insan bir igidin ömrü qədər həsrət yaşadı-yurd həsrəti. Kimi bu uzun həsrətin ağrısına, göynəyinə dözə bilməyib ruhunu təslim etdi göylərə. Kimi də inadla, ümidlə bir gün yurduna dönəcəyi günü gözlədi. 110 yaşlı Xeyransa nənə kimi. Dalidag.az xəbər verir ki, Xeyransa nənə 30 ildən sonra ailəsi ilə birlikdə doğma yurdu Kəlbəcərə qayıdıb. 30 il əvvəl ağlaya-ağlaya məcburən uzaq düşdüyü, illərlə ancaq yuxusunda gördüyü evinə, məhləsinə qovuşub. Qoyub

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Xırdalan şəhəri, Kəlbəcər rayon 20 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və

İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən

Azərbaycan tarixinin öyrənilməsi və təbliğatı baxımından muzeylərin rolu danılmazdır. Bu mənada Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi ötən əsrin 80-ci illərində yaranmış ən unikal muzeylərdəndir. Xalqımızın sosial-iqtisadi, siyasi, etnik tarixi və mədəniyyəti sahəsində çoxsaylı materiallarla zəngin olan Kəlbəcər muzeyi materialları tarixi abidələrimizin, o cümlədən qədim qalaların, dini abidələrin, ziyartgahların öyrənilməsində çox böyük qiymətli mənbədir. Bu mənbələrdə Azərbaycan xalqının

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Goranboy rayonu, Qazanbulaq qəsəbəsi, Kəlbəcər rayon 32 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024