Reklam
Kəlbəcərə ilk köç başlayır
12-06-2025 14:59

Yaxın günlərdə Kəlbəcər şəhərinə köç başlayır.
Dalidag.az-ın məlumatına görə, artıq Kəlbəcər şəhərinə köçəcək sakinlər arasında ev bölgüsünə dair püşkatma keçirilib. İlk mərhələdə şəhərə 81 ailə köçürüləcək.
Kəlbəcər şəhəri işğaldan azad edildikdən sonra yenidən qurulub. Yaşayış məntəqəsində yeni evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr tikilib, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.
Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə ev, çoxlu sayda texnika erməni barbarları tərəfindən talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
2020-ci il noyabrın 25-i Kəlbəcər erməni işğalından azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin gün Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 12-06-2025 14:59
Baxış sayı: 3702Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















