Reklam

Zülfüqar Hüseynzadəsiz keçən 2 il - SAYĞIYLA ANIRIQ
18-06-2025 17:10

Dalidag.az xəbər verir ki, Zülfüqar Hüseynzadə 2023-ci ilin iyun ayının 18-də – 52 yaşında doğulub boya-başa çatdığı Kəlbəcər rayonunun Başlıbel kəndində dünyasını dəyişib. O, həmin gün Kəlbəcərə nənəsinin qalıqlarını axtarmaq üçün getmişdi və elə doğma kəndində – Başlıbeldə həyatla vidalaşdı.
Zülfüqar Hüseynzadə 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində anadan olub. Orta təhsilini də burada alıb və məktəbin ən yaxşı şagirdlərindən biri kimi yadda qalıb. Universitet illəri Qarabağ müharibəsinin ən gərgin dövrlərinə təsadüf edən Zülfüqar bəy, cəbhəyə könüllü yollanaraq torpaqlarımızın müdafiəsində iştirak edib.
Tələbəlik illərindən başlayaraq jurnalistikaya xüsusi marağı olan Z.Hüseynzadə sonralar uzun müddət dövri mətbuatda çıxış edib, publisistik yazıları və köşə yazıları ilə oxucuların rəğbətini qazanıb. 2005-ci ildə o, doğma Kəlbəcərdən deputatlığa namizədliyini irəli sürüb.
2012-ci ildə Zülfüqar Hüseynzadə Moderator.az xəbər portalını təsis edib və ömrünün sonuna qədər saytın baş redaktoru kimi fəaliyyət göstərib. Onun rəhbərliyi ilə Moderator.az qısa zamanda ictimaiyyətin diqqətini çəkən nüfuzlu xəbər resurslarından birinə çevrilib.
Zülfüqar Hüseynzadənin həyatı, eləcə də doğma kəndi Başlıbelin taleyi erməni vəhşiliyinin ağrılı izlərini daşıyır. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı onun da ailəsi məcburi köçkün olub və Bərdənin Əliyanlı kəndinə sığınıb. Başlıbel qətliamında isə Zülfüqar bəyin yaxınları da erməni silahlıları tərəfindən qətlə yetirilib. Uzun illər məcburi köçkünlük həyatı yaşayan Z.Hüseynzadə, Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez doğma kəndinə gedir, Başlıbeldəki ata-baba məzarlarını ziyarət edirdi.
Qeyd edək ki, Zülfüqar Hüseynzadə Bərdənin Əliyanlı kəndində – valideynlərinin yanında torpağa tapşırılıb.
Ruhun şad olsu, əziz dost!



Yazı axını
20 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
19 / 07 / 2025
18 / 07 / 2025
17 / 07 / 2025
17 / 07 / 2025
16 / 07 / 2025
16 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
Ən çox oxunanlar