Reklam

Zar kəndində təhlükə səssiz addımlarla gəlir: Nəzarətsiz inşaat, səhlənkarlıq və ölümlə üz-üzə qalan insan həyatı -video
21-06-2025 20:39

Fövqəladə Hallar Nazirliyinin məsuliyyətsiz nümayəndəsi: Dilsuz müəllim
Tikinti sahəsində təhlükəsizliyə cavabdeh olan FHN nümayəndəsi – Dilsuz müəllim ad-soyadı ilə tanınan şəxs tərəfindən əmək təhlükəsizliyi qaydalarına nəzarət tamamilə formal xarakter daşıyır. Dilsuz müəllimin orada olmasına baxmayaraq:
Heç bir işçidə qoruyucu kəmər, kasqa və ya xüsusi geyim yoxdur.
Yüksəklikdə işləyən fəhlələr həyatlarını riskə ataraq, təhlükəsizliksiz şəraitdə fəaliyyət göstərirlər.
Fövqəladə hallar üçün nə plan, nə də təcili cavab verə biləcək tibbi briqada mövcuddur.
Tibbi məntəqə və təcili yardım – yoxdur
Bu qədər insanın çalışdığı ərazidə:
Tibbi məntəqə yaradılmayıb,
Heç bir dərman təminatı yoxdur – nə ağrıkəsici, nə sarğı, nə də ilkin yardım vasitəsi,
Təcili tibbi yardım maşını sahəyə çıxarılmayıb – qəza halında işçilərin həyatı taleyin ümidinə buraxılıb.
Bu vəziyyət, Əmək Məcəlləsinə və Tikinti Qaydalarına görə açıq-aşkar qanun pozuntusudur.
Sanitariya və gigiyena – fəlakət həddində
Tikinti sahəsində sanitar-gigiyenik vəziyyət tam bərbad haldadır:
Ayaqyolundan çıxarkən əl yuma yerlərində sabun, şampun, salfet yoxdur.
İşçilərin dincəlmək və təmizlənmək imkanları yaradılmayıb.
Hamam ümumiyyətlə işləmir – nəticədə günboyu tozda, istidə çalışan insanlar tərli halda, bədənləri duz və toz içində, ufunət içində birbaşa kamp tipli müvəqqəti yeməkxanalara və gecə qalma məkanlarına daxil olurlar.
İşçilərin gecələdiyi məkanlarda havalandırma sistemi olsa da, kifayət qədər təmizlik aparılmadığından otaqlarda artıq qalıcı üfunət iyi yaranıb.
İçməli suyun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı nəzarət yoxdur, sahə zibillərlə doludur, dezinfeksiya və təmizlik görülmür.
Tozlu yollar, sulanmayan ərazi
Əraziyə gedən və daxil olan yollar:
Gündəlik sulanmır, toz-torpaq nəfəs almağı çətinləşdirir.
Bu vəziyyət həm işçilərin, həm də ətrafda yaşayanların tənəffüs yolları üçün təhlükə yaradır.
Sonda bir çağırış
Zar kəndindəki bu vəziyyət sadəcə bir tikinti məsələsi deyil – bu, insan həyatının, əməyinin və hüquqlarının pozulmasıdır. Dövlət qurumlarını – Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi, Tibbi Nəzarət Orqanları, Jurnalistlər Birliyi, Vətəndaş Cəmiyyəti Təşkilatlarını – bu məsələyə dərhal reaksiya verməyə çağırıram.
Tikinti yalnız betonla deyil, vicdanla qurulmalıdır.
Səxavət Kəlbəcərli
Azərbaycan Yazıçılar və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
İki çağırış parlament seçkilərinə namizəd olmuş ictimai fəal, şair.
Dalidag.az



Yazı axını
20 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
19 / 07 / 2025
18 / 07 / 2025
17 / 07 / 2025
17 / 07 / 2025
16 / 07 / 2025
16 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
Ən çox oxunanlar