Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib.
Dalidag.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib:
"Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim".
Kürdoğlu bildirib ki, artıq münasibətləri dözülməz dərəcəyə çatıb və o öz ailəsi üçün sığınacaq istəyir:
"Mən səhər tezdən bazara fəhləliyə gedirəm. Əlində balta girir içəri. Ailəmin, uşaqlarımın həyatı təhlükədədir. Şəmkir Rayon Polis idarəsinə müraciət edib, videogörüntüləri təqdim etmişəm. Polis də deyir ki, ver məhkəməyə. Mənim pulum hardandır? Onun mənə bir çöpü də lazım deyil. Gəlib üstümə düşüb deyir ki, mən əsirlikdən qayıdanda nazirlər sənə pul verib, sən onları xərcləmisən. Kimsə mənə pul veribsə, çıxıb desin. Hansı nazir verib? Atamla qardaşımın gözünü dünya malı doyuzdurmur. Bir evim var, onu da verib onlara çıxıram. Dövlətdən sığınacaq istəyirəm ki, 3 körpə övladımı bir yerə çıxarım. Belə yaşayış olmur. Bu insandan ötrü mən 7 il əziyyət çəkdim. Avropa Şurasına qədər gedib çıxdım, Fransaya, ATƏT-in MİNSK qrupuna müraciət etdim, Türkiyədə, Gürcüstanda tədbirlərdə iştirak etdim. Bu insan ancaq pul fikirləşir. Mən Dilqəm Əsgərovun yaşadığı kənddən çıxmaq istəyirəm. Məni ölümlə hədələyirlər. Özüm cəhənnəmə, uşaqlarım üçün qorxuram. Aidiyyəti qurumları mənə kömək etməyə, sığınacaq verməyə səsləyirəm" deyə o bildirib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülsə də, 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilib.
Reklam
Dilqəm Əsgərov oğlunu öldürmək istəyir? - “Əlində balta girir içəri” -İDDİA
21-06-2025 23:09

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 21-06-2025 23:09
Baxış sayı: 3522Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























