Daha bir həmyerlimiz 28 ilin həsrətindən sonra Kəlbəcərə qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, Kəlbəcərlilərin yaxşı tanıdığı, fərqli ifa tərzi, yanıqlı səsi ilə könülləri fəth edən aşıq Duman Qasımov vəfat edib. Allah rəhmət eləsin! Dalidag.az

Dünyaca məşhur fotoqraf Reza Deqati Kəlbəcər rayonundan yeni foto paylaşıb. O, bu barədə öz “Twitter” hesabında qeyd edib. “Murov dağına çatanda 3840 metr hündürlükdən Kəlbəcərin gözəlliyinə heyran oldum. Azərbaycan əsgərlərinin mövcudluğu mənə müharibəni və bu regionun ermənilər tərəfindən işğal edildiyini xatırlatdı. Xatirələr keçmişdən geri qayıdır”, - deyə o qeyd edib. Dalidag.az

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: - Kəlbəcər noyabrın 25-də Azərbaycana təhvil verilib, erməni keşişlər orada nə gəzir? Erməni keşişlər ibadət etmək üçün Rusiya sülhməramlıları vasitəsilə icazə istəyib və icazə verilib. Azərbaycanın bütün dini inanclara hörmət edən ölkə kimi bunu etməsi həm təbiidir, həm də “Qarabağda xristian abidələri dağıdılır” kimi iddialar üzərindən edilən hücumlara qarşı siyasi

Şükür Allaha torpaqlarımızın ərazi bütövlüyü başa çatdı. Bu döyüş günlərində əziyyət çəkən bütün hərbi qulluqçulara, mülki insanlara, polislərə, həkimlərə, qanında Azərbaycan qanı axan bütün qardaş və bacılara dərin təşəkkürümü bildirirəm. Allahdan vətən yolunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirəm. Bu gün sakitlik hökm sürürsə, şəhidlərin hesabınadır. Qazilərimizə isə Allahdan şəfa diləyirəm, tezliklə sağalmasını arzu edirəm. Cənab prezident sərəncam imzaladı ki, səfərbərlik və

AZTV-nin əməkdaşı işğaldan azad edilmiş Kəlbəcərdən reportaj hazırlayıb. Dalidag.az xəbər verir ki, reportaj zamanı o, udi vətəndaşlarımızla birlikdə Xudavəng monsatr kompleksində olub və onların ibadətlərini izləyib. Çəkiliş zamanı monastrda ibadət etmək üçün xüsusi icazə almış erməni keşişlərlə mübahisə də yaranıb. Onlar alban udilərin ibadətinə mane olmaq istəsələr də, yekunda vətəndaşlarımız tarixi kilsədə ibadətlərini ediblər. Dalidag.az

Prof.Şahlar Əsgərov əməkdar elm xadimi, TN yanında İctimai Şuranın sədri Düyünü vuran özü açmalıdır. Çin xalq misalı Qarabağ düyününün yaşı 30 deyil, 200 ilə yaxındır. Bu problemin görünən yaşı 30 ildir. Görünməz yaş isə 150 ildən çoxdur. Ötən 150 il ərzində tarix xeyli saxtalaşdırılmış, ermənilər tədricən silahlanmış, azərbaycalılar isə tərksilah edilmişdi. Əhalidə quş tüfəngi belə qalmamışdı. Obrazla ifadə etsək, ermənilər atlanmış, azərbaycanlılar isə atdan salınmışdı. Bu Qələbənin görünən

Müdafiə Nazirliyi Kəlbəcərin Yanşaq kəndinin görüntülərini yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Kəlbəcər Rayon İcra Hakmiyyətinin başçısı, rayon ictimayyəti və rayon sakinləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bu gün saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkənin bütün ərazisində olduğu kimi, kəlbəcərlilərin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə də, bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Rayon İcra Hakmiyyətinin başçısı, rayon

Baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən “Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndə Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb. Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib. O, paylaşımlarından birində

Kəlbəcərdən olan bir ailənin 2 üzvü koronavirusdan, bir qardaş isə ürək tutmasından dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a dünyasını dəyişənlərin qardaşı İsa Cəbrayılov məlumat verib. İsa Cəbrayılovun sözlərinə görə, qardaşlarında simptomlar aşkar olunandan sonra müalicəyə başlayıblar: “Qardaşlarımın 50-dən çox yaşı vardı. Böyük qardaşım Cəbrayılov Elman İsmayıl oğlu 1958-ci ildə, ortancıl qardaşım Cəbrayılov Telman İsmayıl oğlu 1960-cı ildə, ürək tutmasından
Yazı axını
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024