Reklam

Şəhid kimi dəfn olunan əsgərimizə niyə şəhid statusu verilmir? - Qazidən hiddətli etiraz
28-01-2022 14:54

Qeyd edək ki, müharibədən sonra "Cəsur döyüşçü" medalı alan Vüsal Musayev Goranboy rayonunda dəfn edilib. Şəhidimizin 2 azyaşlı körpəsi var.

Dalidag.az E.Əyyubun məsələ ilə bağlı fikirlərini təqdim edir:
"Bir məsələ haqqında danışacam və bundan sonra kimin mənim haqqımda necə düşünməyi zərrə qədər önəmli deyil.
Deməli, 2-ci Qarabağ müharibəsi dönəmində Vüsal Musayev adlı şəxs kəllə-beyin travması almış, öz yaddaşını itirmiş və psixoloji problemləri yaranmışdı. Bakı hərbi hospitalında müalicə alanda intihar edərək dünyasını dəyişib. Vüsalı dəfn edəndə şəhid olaraq dəfn edildi, millət vəkili, icra hakimiyyətinin məsul işçiləri iştirak etdi və Vüsalı 2-ci Qarabağ müharibəsi şəhidi olaraq son mənzilə yola salındı. İndi isə Vüsala şəhid adı verilmir, niyə?

Əziz insanlar, biri mənə izah etsin ki, Vüsal yer əkəndə, ya qoyuna gedəndə, ya yolla gedəndə travma alıb? Bu adamın ruhu bizi - bu məsələyə ötəri baxanları bağışlayacaqmı?!
Vüsal MAHXHQ-su idi və səfərbərlikdən belə çağırılmamışdı, xidməti vəzifəsini yerinə yetirərkən Suqovuşan istiqamətində yaralanmışdı.
Bu gün Vüsala şəhid statusu verilməməsi, sözün əsl mənasında, mənim vətənpərvərlik hissimi öldürür. Mən bir müəllim olaraq daha şagirdlərimə hansı vətənpərvərlik hissini aşılayım? Nə deyim şagirdə? Deyim ki, vətən uğrunda şəhid olan övlada şəhidlik statusu verilmir, ay bala?! Beləmi deyim? Ya ona çağırış gələndə deyim ki, get pulunu ver, özünü tərxis elə?
Vüsal şəhid deyildisə, bu bayraq niyə atasına verildi? Şəhid deyildisə, niyə son mənzilə yola salınanda yayılım atəşi açılırdı??
Bu vətəni kasıbların balası qoruyur, məmurlar isə çapıb talayır".
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
