Gəncə şəhərində yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər. Dalidag.az -ın məlumatına görə, tədbirdə iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Dalidag.az Müdafiə Nazirliyinə istinadən bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir:

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən bu gün Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Artıq Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub. Dalidag.az xəbər verir ki, 28 ilə yaxındır həsrətlə gözlənilən bu hadisə- növbəti qələbəmiz xalqımızın, xüsusən də kəlbəcərlilərin hədsiz sevincinə səbəb olub. Bu gün hamı bir-birini təbrik edir, şükranlıq ifadələrini dilə

Bakıda Kəlbəcərin erməni işğalından azad edilməsi ilə bağlı avtoyürüş keçirilib.Heydər Əliyev Mərkəzinin qarşısından başlayan avtoyürüş Şəhidlər Xiyabanına qədər davam edib. Dalidag.az musavat.com-un yürüşdən hazırladığı videoreportajı təqdim edir:

“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb. Dalidag .az xəbər verir ki, Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib. Qeyd edilib ki, işğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib. Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinə xəbər verir. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və

Kəlbəcər rayonu 9 noyabr üçtərəfli razılaşmasına əsasən bir neçə saat sonra, noyabrın 25-i saat 00.00-dan etibarən düşmən tərəfindən boşaldılmalı və Azərbaycanın nəzarəti altına keçməlidir. Hazırda Kəlbəcərin işğalından sonra orada qanunsuz yaşayan mülki işğalçılar və düşmən ordusunun qalıqları rayonu tərk etməkdədir. Kəlbəcərdə dolaşan və ermənilərin evləri, infrastrukturu yandırıb bu torpaqları necə tərk etdiləri haqda reportajlar hazırlayan amerikalı jurnalist-bloqer Patrik Lankaster

Ermənistan noyabrın 25-nə qədər işğal altında saxladığı Kəlbəcər rayonunu tərk etməlidir. Ermənistan KİV xəbər verir ki, britaniyalı jurnalist Bert Lankaster rayonu tərk edən sonuncu ermənilərin köç prosesini lentə alıb. Onlar Kəlbəcəri tərk edərkən təkcə əmlaklarını deyil, ərazidə dəfn olunmuş yaxınlarının qəbir daşlarını da özləri ilə Ermənistana aparıblar. Dalidag.az

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür. Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov "Hüququmuz var"ın qonağı olub. Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan S.Kazımov verilişdə çıxışı zamanı 10 noyabr Qələbə Gününün bayramlarla zəngin olan noyabr ayına xüsusi rəng, xüsusi çalar qatdığını qeyd edib. Şuşanın azad olunmasının, Şuşada bayrağımızın dalğalanmasının çox əlamətdar hadisə olduğunu vurğulayıb. 22 noyabr Ədliyyə işçilərinin peşə

Ordumuzun inamlı qələbəsi hərbçilərimiz tərəfindən xüsusi coşqu ilə qeyd olunur. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə əsgərlərimizin Murov dağında üçlük şəklində (xanəndə, tar, kamança) “Qarabağ şikəstəsi” və mahnılar ifa etməsini əks etdirən video yayımlanıb. Həmin maraqlı videonu təqdim edirik:
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024