Reklam
Erməni hərbçi: Kəlbəcəri yandırdıq, dağıtdıq... - Video
23-12-2021 10:51

Birinci Qarabağ müharibəsində döyüşən erməni hərbçinin işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı etiraflarının yer aldığı video sosial şəbəkələrdə yayılıb.
Dalidag.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanın “Lratvakan” radionun efirində çıxış edən erməni hərbçi Laçın və Kəlbəcəri dağıtdıqlarını etiraf edir:
“Biz Laçını, Kəlbəcəri “azad etdik”, amma hər şeyi yandırdıq, dağıtdıq. Buna görə bizim indi iqtisadiyyatımız yoxdur. Təsəvvür edin, əgər bütün “azad olunmuş” ərazilərdə iqtisadiyyat olsaydı, nələr olardı. Ağdam 5 Xankəndi ərazisinə bərabərdir. Ağdam bütün iqtisadiyyatı ilə Ermənistana xidmət edərdi.
Fransa ermənisi Armenak Abramyanla mən Kəlbəcərdə ev-ev gəzirdik ki, ərazini yandırmasınlar. Onlara deyirdik ki, “bu bizim evlərimizdir, ölkəmizdir yandırmayın”. Amma onlardan elələri var idi ki, sanki yandırmaq, dağıtmaq üçün təlimat almışdılar. O zaman İrəvanda aclıq idi, qaz da yox idi. Kəlbəcərdə isə kiçik və böyük qaz balonları var idi və onları partladırdılar. Heç olmasa fikirləşərdilər lazımi şeyləri çıxarardılar”.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 23-12-2021 10:51
Baxış sayı: 4614Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















