Kəlbəcərə dönürük... İlahi, sənə şükür, diləyimiz çin oldu, Kəlbəcərə dönürük... İllərdi gözləyirdik, bu gün, həmin gün oldu- Kəlbəcərə dönürük... Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı, bu yurdun əvəzi yox-dür qayası, dür daşı. Şəhid-Şəhid göyərən hər qayası, hər daşı- Kəlbəcərə dönürük... Kimin düşsə bu yerə, güzarı-sevinəcək, qalmayacaq ağrısı-azarı, sevinəcək. ...Uluların torpağı-məzarı sevinəcək, Kəlbəcərə dönürük... Var olsun milli ordum, zəfər çalıb gəlirik, düşmənə qan uddurub, qisas

Dalidag.az xəbər verir ki, bu dəqiqələrdə Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar "Qarabağ Azərbaycandır" şüarı səsləndirirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.musavat.com Dalidag.az

Kəlbəcərdən çıxamağa məcbur olan mənfur düşmən, imkanı daxilində tərk etdiyi yerə ziyan vurub rədd olmağı qarşısına məqsəd qoyub. Dalidag.az xəbər verir ki, düşmən bir vaxt meyvəsini yediyi ağacları kəsir, sğındığı evlərə od vurur yandırır. Sonda isə itinin yal qabını, unitazı, cır-cındırını götürüb aradan çıxır. Bir də, qəbirlərdən leşlərini də çıxarıb aparmağı unutmur. Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, Kəlbəcər bu gün - noyabrın 15-də Azərbaycana qaytarılıb.

Ermənilərin işğal etdikləri ərazilərdən çıxarkən etdiyi vəhşiliklərlə bağlı daha bir görüntü ortaya çıxıb. Dalidag.az xəbər verir ki, Kəlbəcəri tərk edən ermənilər ağacları kəsərək yük maşını ilə Ermənistana daşıyırlar. Qeyd edək ki, bundan öncə Kəlbəcərdə son 25 ildə məskunlaşan ermənilərin köçərkən hər şeyi - unutaza qədər söküb apardıqları, boş evləri və meşələri isə yandırdığı görüntüləri yayılıb.axar.az Dalidag.az

Artıq Azərbaycan Milli Ordusu Kəlbəcərdədi. İlahi, çiyinlərində milli ordumuzun hərbi rütbəsini, əyinlərindəki paltarın üzərində Azərbaycanın bayrağını....daşıyan, dillərində vətən, torpaq kəlməsi olan əsgərlərimiz - qalib Ordumuz Kəlbəcərdədi. İndi dağ-dərəmizdə, çöl-çəmənimizdə - İstisuda, Söyüdlüdə, Murovdağda, Dəlidağda - hər yerdə Mülki Ordumuz yurdumuza keşik çəkəcək. Xoş gəldin, Vətənimin keşikçisi, yurdumun qoruyucusu! Namusumuz, Qeyrətimiz... Dalidag.az

"BBC"nin müxbiri Uill Vernon ermənilərin Kəlbəcər rayonunu tərk etməsilə bağlı özünün "Twitter" hesabında video paylaşıb. Dalidag.az-ın məlumatına görə, müxbir bildirib ki, ermənilər rayondan çıxarkən azərbaycanlıların əlinə keçməsin deyə evləri yandırırlar. Onun sözlərinə görə, ermənilər "Uşaqlarım bu evdə yaşamayacaqsa başqa kimsə də yaşamasın" deyərək, çıxdıqları əraziləri talan edirlər. Bundan əlavə, sosial şəbəkədə paylaşılan digər bir fotoda isə ermənilərin Kəlbəcərin Yeni Erkeç kəndində

Ermənistan ordusu üçtərəfli sazişə uyğun olaraq artıq Kəlbəcəri tərk edib. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” nəşri məlumat yayıb. Qeyd edək ki, 10 noyabr Bəyanatına əsasən, Ermənistan ordusu Kəlbəcərdən 15 noyabra qədər çıxmalıdır.

Kəlbəcərdəki ermənilərin köçü başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkədə məlumat yayıb və şüvən qoparıblar:"Rusiya sülhməramlıları bizi Kəlbəcərdən zor gücünə çıxartmağa başlayıb. Bizə ancaq gündəlik ehtiyaclarımızı təmin edən əşyaları götürməyə icazə verirlər...." Qeyd edək ki, Dağlıq Qarabağla bağlı imzalanan üçlü bəyanata əsasən, Kəlbəcər rayonu 15 noyabr tarixinədək Azərbaycana təhvil veriləcək. Dalidag.az

Bu gün vətənində vətənsiz olan, dərd heykəlinə dönən, yurdun dörd yanına səpələnmiş kəlbəcərlilərin uşaqdan-böyüyə hansından “Ən böyük arzun nədir?” deyə soruşsalar, “Ən böyük arzum tezliklə Kəlbəcərə dönməkdi” cavabını verəcək. 1978-ci il yanvarın 26-da Kəlbəcərin Milli kəndində doğulan Cəsarət Ələddin oğlu Camalov da bu həsrətlə yaşayanlardan biridir. 15 yaşında doğulduğu cənnətimiz Millini tərk edən Cəsarət ailələri ilə birlikdə əvvəlcə Bərdə rayonu Kələntərli kəndində sığınacaq tapmış, bir

Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb. Dalidag.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya faktı təsdiqləyib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Ermənistana köçürülüb. Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürülməsi barədə mətbuatda məlumatlar yayılmışdı. Qeyd edək ki, 2014-cü ilin
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024