Bu gün kökdən gələn keyfiyyət və mənəvi dəyərləri özündə cəmləmiş, əsrlərdi məhəbbətlə anılan, mədəniyyətimizə və ədəbiyyatımıza gözəl töhfələr vermiş Ağdabanlı şair Qurbanın, saz- söz sənətinin parlaq günəşi, halallıq rəmzi, saflıq mücəssəməsi Dədə Şəmşirin ocağından köz götürmüş, dəyərli ziyalı Qənbər Şəmşiroğlu tərbiyəsi almış Cavid Qurbanovun doğum günüdür. Qeyd edək ki, Cavid Qurbanov 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini

Sabiq millət vəkili, Əməkdar jurnalist Əlövsət Ağalarov həbsdə olan Eldar Həsənovun ismarıcına duyğulu sözlərlərlə cavab verib. "Vətənsevər ürəyinə qurban olum, əziz qardaşım! Vəkilindən xəbər göndərib ki, Belqraddakı səfirliklə əlaqə saxlayaq gedib dahi Üzeyirbəyin abidəsini yubileyi münasibətilə ziyarət etsinlər! Harda olasan, yaddaşın böyük insanın yubileyini unutmasın! Bir daha, qəlbimə dağ çəkdin, dəyərli və ən əziz qardaş! Vətənlə, onun dahi şəxsiyyətləri ilə birgə döyünən qəlbinə bir

Qarabağ, ümumilikdə işğal olunmuş yurd yerlərinin azadlığı uğrunda düşünmədən canlarını fəda edən, sağlamlığını itirən igid oğulların-qazilərin hansısa sosial problemlə üzləşməsi və bu problemlərin aidiyyəti qurumlar tərəfindən biganə qarşılanması utancverici və qəbuledilməzdir. Nə yazıq ki, günümüzdə bu cür hallarla tez-tez rastlaşırıq. Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan Qarabağ qazisi Elşad Ələstan oğlu İbrahimov da cəbhədə sağlamlığını itirib, I qrup Qarabağ əlilidir. Goranboy

Kəlbəcər rayon İcra Hakimiyyətini başçısı Azər Qocayev yüksək nəticə göstərmiş məzunlarla video konfrans formatında görüş keçirib. Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq rayon ümumtəhsil məktəblərindən bu il ali məktəblərə yüksək bal toplamış məzunlarla video konfrans formatında görüş olub. Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tələbə adını qazanan bütün məzunları və onların valideyinlərini təbrik

Sonuncu abzast Məni qınamayın, elə çaşmışam ki, sözlərimin baş-ayaq olduğunun, fikirlərimin dolaşıq kələfə döndüyünün fərqinə vara bilmirəm. Öyrəşmişdim, daha doğrusu, O, məni öyrətmişdi ki, yazını sonuncu abzastına qədər fikrində ilmələyənədək qələmi kağıza pənah g\ətirmə, yoxsa dolaşarsan... İndi bax, eləcə dolaşmışam, eşitdiyim bir qara xəbər qara buluda dönüb g\özlərimə hopub… Qapqara bir yazı üzərində düşünürəm. Düşünməyə gücüm çatmır. Heç belə olmamışdım. Ən ağır mövzuları qələmə alanda

Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və 71 nəfər kəlbəcərli məcburi köçkünün müraciəti dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəkili vəsatət verib. Dalidag.az xəbər verir ki, vəkilin vəsatəti Səbail rayon Məhkəməsinə təqdim olunub. Vəsatət araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin vaxtı hələki açıqlanmayıb. Qeyd edək ki, avqustun 14-də Səbail rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənovun barəsində 3 ay

Yeni tədris ilinin başlaması ilə əlaqədar Kəlbəcər rayonunun ümumtəhsil məktəb direktorları və uşaq baxçalarının müdirləri ilə video konfrans keçirildi. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yeni növ koronavirus (COVID-19) infeksiyasının hökm sürdüyü bir vaxtda yeni tədris ilinin başlanılması ilə bağlı rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları və 5 məktəbəqədər təhsil müəssisəsinin müdirləri ilə video konfrans keçirtdi. Video konfransada Azərbaycan

Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirilib. Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev vətəndaşlarla video konfrans vasitəsi ilə növbəti görüş keçirib. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və 58 nəfər kəlbəcərli məcburi köçkünün müraciəti dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev onların

28 ildi DƏRDin rəngini, əzabını çəkən Zəkurə xanım Quliyeva hər yaz ha pərvazlanır ki, uçub qayıtsın dağıdılan yuvasına, söz verirlər - “DÖZ” deyirlər. ...Bu da bir tale imiş yazılıb bəxtinə. Nə yaxşı ki, taleyindən gileylənmədi. Yoxsa, bəlkə də qələmim və qəlbim yol verməzdi onun haqqında nəsə yaza bilim. Açığı, qələm dostlarım, elə qəlbimdə əzizlədiyim sevimli oxucularım yaxşı bilirlər ki, mənim əzəli, əbədi mövzum DƏRD olub. Atalar da deyirlərmiş ki, “dərdli dərdlini tapar”. Bizi bəlkə də
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024