Reklam
"O qız da pozdu andı, yoxluğuna inandı" - Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...
24-10-2021 19:07
Şəhid Daşqın Şəfiyev"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm:
-Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, sən yerin dibində olsan da, axtarıb-tapıb səni mən özüm alacam. Narahat olma!" - deyən, Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...
***
Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı - Vətən oğlan!
Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!
-Onu alacam - dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız da pozdu andı,
yoxluğuna inandı.
Özgəyə adaxlandı,
söz verib gedən oğlan.
Namiq Dəlidağlı
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 24-10-2021 19:07
Baxış sayı: 21 245Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























