Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb. Dalidag.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya faktı təsdiqləyib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Ermənistana köçürülüb. Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürülməsi barədə mətbuatda məlumatlar yayılmışdı. Qeyd edək ki, 2014-cü ilin

İndi ürəyin əsim-əsim əsir yaxınlığında igid oğulların ayaq səsləini eşitdikcə, nəfəsini duyduqca. İndi torpağın sevinir, daşın sevinir- övladların sənə dönür, Kəlbəcər. .. 27 ildi həsrətlə yolunu gözlədiyin elatına qovuşacağın gün uzaqda deyil. Qəddi əyilmiş dağlarına de, dik dursunlar, vüqarın geri dönür, əzəmətini geri qaytarır igid oğullar. Bizsizlik dərdinə son qoyulur, gülünü-çiçəyini, arını böcəyini səslə, əzizlərin, əzizləyənlərin gəlir.Yaralısan, yaralarına qurban!Təbibin gəlir,

Ömür Tanrı payıdı. Kiminə çox , kiminə az düşər bu paydan. Kimi az ömründə çox iş görər, kiminin çox ömrü boş və mənasız keçər... Erkən yaşlarından sözə könül verən şair, jurnalist Namiq Dəlidağlı da ömür payını boşuna xərcləməyib.Təmənnasız gördüyü işlər, qazandığı sevgi, hörmət bunu sübut edir. Sevgisi, sədaqəti, milli ruhu ilə türk adına, kökünə sadiqdir. Gen daşıyıcılarının, mühitin mütləq təsir prizmasından baxanda onun başqa cür ola biləcəyi düşüncəsi anındaca dəyişir. Kəlbəcərin

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisi Əziz Qənbərova ağır itki üz verib. Dalidag.az xəbər verir ki, vəkilin anası dünyasını dəyişib. Qeyd edək ki, Əziz Qənbərov əslən hal-hazırda işğal altında olan Kəlbəcər rayonundandır. Allah rəhmət eləsin!

İsmayıl Mərcanlı İmanzadə *** Anam Azərbaycanım, Ərənləri yenilməz Şərəflim-şanlım mənim! Oba-oba qəddini Dikəldən şah vüqarlı Qarabağım-Cəbrayılım, Böyük Mərcanlım mənim! Hər qarış torpağını, Daşını-kəsəyini, Otunu, yarpağını Əziziləyib öpüm qoy! Yalını-yamacını, Çölünü-çəmənini, Xudafərin biçimli Ulu sənət tacını Gözlərimə təpim qoy! Salam verib Diriyə, Gəyəndən keçib gedim. Xan Çinarlı Cəbrayılın Kəhrizinin dumduru Suyundan içib gedim. Ağoğlandan boylanıb Baxım Tumasa, Teyə. Qanadlanan

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Dalidag.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham Əliyevin

Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan qovularaq çıxarılmış həmvətənimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub. Dalidag.az -ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Santyaqo şəhərindəki Adolfo İbanyez Universitetində çalışan professor, əslən Kəlbəcər rayonundan olan Şəhriyar Nəsirovun qələmə aldığı “Ağdaban faciəsi: həyatımın ən ağır etirafı” sərlövhəli yazıda Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi

"Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi. 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları-130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1

"Kəlbəcərə Qayıdış" İctimai Birliyinin üzvü olan 1-ci Qarabağ müharibəsi iştirakçıları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. Dalidag.az-a daxil alan müraciətdə deyilir:" Cənab Ali Baş Komandan, şanlı ordumuzun Qarabağda olan zəfərləri bizləri ruhlandırır və Sizə öz təşəkkürlərimizi bildiririk. Biz kəlbəcərlilər də müqəddəs Vətən savaşında iştirak etmək arzusundayıq. Və bu barədə müvafiq əmr verməyinizi Sizdən xahiş edirik! Tanrı ay-ulduzlu şanlı ordumuzu,

OXŞA, KƏLBƏCƏRİN QIŞINI, QARDAŞ Cavid Qurbanova Dedin, Kəlbəcərə yollar çəkəcəm, Toparla başına qoşunu, qardaş. Polad qollar kimi alaq dövrəyə, O yurdun dağını-daşını, qardaş. Ötək yamacları, yaraq dağları, Üzü Ağdabana-elinə sarı, Dilində şeirinin pıçıltıları, Oxşa, Kəlbəcərin qışını, qardaş. Bəhmən həsrət getdi, Sücaət nakam, Vətən yanğısından kam almadı, kam, Yollunu kəndinə salıb, bir axşam, Əy, Dədə önündə başını, qardaş. Zəfərlər qazanır öndə ər Ordun, Qələbə timsalı müzəffər Ordun, Sabah
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024