Reklam
Bir ildə Kəlbəcərə neçə maşın yük aparılıb?
12-11-2021 11:47

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin hərbi polis bölmələri il ərzində 8 min avtomobilin (200 maşın karvanı) təhlükəsiz keçidini təmin edib.
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tikinti materialları və ərzaq daşıyan ağır yük maşınları Şuşa-Qırmızı Bazar-Kəlbəcər marşrutu üzrə və əks istiqamətdə müşayiət edilir.
“Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin birinci ili ərzində tikinti materialları daşıyan səkkiz mindən çox avtomobilin təhlükəsizliyinin təmin edilməsinə altı yüzdən çox hərbi polis heyəti cəlb edilib. Hərəkət marşrutları dağlıq şəraitdə, çətin yollardan keçirdi”, - sülhməramlıların nümayəndəsi Dmitri Levikin deyib.
Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələrinin humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsi və Laçın dəhlizində patrul xidmətinə müntəzəm cəlb olunduğu da xatırladılıb./axar.az
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 12-11-2021 11:47
Baxış sayı: 4352Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























