Reklam

Azər Qocayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən Kəlbəcər məktəblilərini qəbul edib - ŞƏKİLLƏR
16-12-2021 13:02

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən Kəlbəcər rayonundan seçilmiş məktəbliləri qəbul edib.
Dalidag.az-ın xəbərinə görə, görüşdə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri, forumda iştirak edən məktəblilərin təhsil aldıqları məktəblərin direktorları və forum iştirakçılarının valideyinləri işitrak edib.


Tədbirdə çıxış edən məktəblilər və digər natiqlər onalar göstərilən xüsusi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda rayon rəhbəri Forumda rayonumuzu layiqincə təmsil etdikləri üçün məktəblilərə öz minnətdarlığını bildirib, onlara Komitə tərəfindən göndərilmiş sertifikatları təqdim edib.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Kəlbəcər rayon Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mamedova Rəşanə Raqif qızı və Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nəcəfov Zeynal İsmət oğlu iştirak ediblər.
Dalidag.az






Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
