Reklam
Baş Qərargah rəisi Kəlbəcərə getdi - ŞƏKİLLƏR
30-12-2021 09:48

Baş Qərargah rəisi Kəlbəcərdə
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.
Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara Müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
Dalidag.az






Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 30-12-2021 09:48
Baxış sayı: 3839Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























