Reklam
Ələmdar Cabbarlı dekan seçildi
26-01-2022 14:49
Əslən Kəlbəcərdən olan şair, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Bayramov (Cabbarlı) Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı seçilib.Dalidag.az xəbər verir ki, bu barədə şair-publisist, alim Knyaz Aslan bildirib:
"Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Bayramovu (Cabbarlını) yekdilliklə Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı seçdik. Kollektivimiz bu demokratik seçkini sevinclə, inamla, etimadla həyata keçirdi. Ümidimiz, inamımız, gözləntilərimiz lap çoxdu. Fakültəmizin 60 illiyi ərəfəsində yeni dekanımızla birgə işıqlı bir mərhələyə qədəm qoyuruq. Əzizimiz Ələmdar müəllimi ürəkdən təbrik edir, ona və fakültəmizin professor-müəllim heyətinə, tələbə kollektivinə şanlı Universitetimizin şərəfini layiqincə qorumaq naminə bol-bol uğurlar arzulayırıq! Nailiyyətlərimiz nurlu, qələbələrimiz qürurlu olsun!"
Qeyd edək ki, Ələmdar Qəmbər oğlu Bayramov (Ələmdar Cabbarlı) 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olub. Hazırda həmin fakültənin dekanıdır.
Dalidag.az olaraq dostumuz Ələmdar Cabbarlını bu münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Kateqoriya: Kəlbəcər
Tarix: 26-01-2022 14:49
Baxış sayı: 21 060Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























