Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib. Dalidag.az-ın məlumatına görə, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb. Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş

Tərlan Əbilov Dalidag.az Sevinc Qəribin təqdimatında Tərlan Əbilovun şeirlərini təqdim edir: * * * Əvvəl gündən sonra nədir bilmədi, Əvvəlindən sonramızdakı sevgi. Bilmədik ki, tuş gətirdi nə zaman Bizi bizə haramızdakı sevgi... Oğrusuna halal bildik oğrudan, Bir də gördük vurulmuşuq doğrudan, Gecəyarı qurtarmaqçün ağrıdan, Duz axtardı yaramızdakı sevgi. Almamışdıq saya guşə önündə, Hardan çıxdı, düşdük işə önündə? Saldı bizi dilə-dişə önündə Ən axrıncı sıramızdakı sevgi. Düşdük günəş, günəş

Əlabbas Bağırov Dalidag.az Sevinc Qəribin təqdimatında Əlabbas Bağırovun hekayəsini təqdim edir: YADİGAR NƏĞMƏ H əmişə səhərlər gələrdi o. Tərs kimi həmişə də həyətdən gələn səsinə oyanar, gözlərimi ovuşdura-ovuşdura qarasınca deyinər, cilov gəmirsəm də, görəndən sonra ki, qışın sazağında o, yenə sitildəyə-sitildəyə həyətin ortasında nazik, qara meşin gödəkçədə, başıaçıq halda təmtək dayanıb, qəzəbim əlbəəl soyuyardı. Başa düşə bilmirdim, Qəşəm dayının adına əziz-əziz seyrangah dediyi bu

Adil Şirin Dalidag.az Sevinc Qəribin təqdimatında Adil Şirinin şeirlərini təqdim edir: * * * Dərddi, qəmdi bəxtımızın bacısı, Ocaq sönüb, könlümü köz yandırır. Gözlərimi ayrılığın acısı, Dilimin ucunu bir söz yandırır. İndi çoxdan bulud olub, anacan, O dağlarda arxamca atdığın su. Gözlərimdə umud olub, anacan, Ürəyimdə geri dönmək arzusu. Bəlkə elə şeir yazmaq günahdı, Qan batıran çox günahdan keçmişik. Ana, mənim ömrüm bir qərib ahdı, Fələklər yandıran ahdan keçmişik... Dərd var çiçəkləyir

Laçın rayonunda dolu düşüb. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 15:00-a olan məlumatında qeyd olunub. "Şəlvə, Qovuşuq, Vəlibəyli kəndlərinə saat 14:07-14:11 radələrində intensiv yağışla birlikdə dolu düşüb. Bildirilib ki, dolunan diametri 8-10 mm-dir",-məlumatda deyilir. Dalidag.az

Babək Məmmədli Dalidag.az Sevinc Qəribin təqdimatında Babək Məmmədlinin hekayəsini təqdim edir: SEVGİ ŞƏHƏRİ Sofiye səhər ertədən bişirdiyi südlü sıyığı götürüb evdən çıxdı. Gedəcəyi yerlə aralarında vur-tut iki ev vardı. Yuxudan durandan canını bürümüş vəsvəsəni bircə ehtimal “yemləyirdi” – onun cəsədi ilə qarşılaşmaq. Ünvana çatıb dayandı, dizlərinin əsməsi də dayandı, yalnız ürəyi ilə bacarmadı – hələ də uçunurdu. Xaç çevirə bilmədi, əlləri boş deyildi. Dodaqlarının arasında nəsə

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Kamalov Bahadur Məhəmməd oğlu Kəlbəcər rayonunda dəfn olunub. Dalidag.az xəbər verir ki, Zar kəndində keçirilən vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon

1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşən, Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva 33 ildən sonra doğma yurdunda torpağa tapşırılıb. Dalidag.az xəbər verir ki, 1905-ci il təvəllüdlü Babayeva Mədinə Rəhim qızı Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları, Daşbulaq kənd sakinləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Faiq Balabəyli Dalidag.az Sevinc Qəribin təqdimatında Faiq Balabəylinin şeirlərini təqdim edir: YAŞADIM Yorğun ayağımla yorğun canımı astaca daşıdım, yorğun daşıdım. Çaş qoydum, aldada bildim hamını, İllər xəstəsitək yorğun yaşadım. Daşı daş üstünə qoydum guya ki, Təntidim, səngidim, doydum guya ki. Hər şeydən, hər kəsdən soydum guya ki, Guya ki, don vurdu, solğun yaşadım. Tərs dedi, tərs tutdu, tərsə gətirdi, Ürək nə istədi, tərsa gətirdi. Xəlvəti bir ömrü başa gətirdim, Aşikar ömrümü oğrun

Məlahət Hümmətqızı Dalidag.az Sevinc Qəribin təqdimatında Məlahət Hümmətqızının hekayəsini təqdim edir: SÜRPRİZ 1983-cü ilin yayı idi. Məktəbdən yenicə tətilə çıxmışdıq ki, atam Kəlbəcərə, “İstisu” sanatoriyasına istirahətə gedəcəyimizi söylədi. “Sanatoriya” sözünü eşitcək elə bil qurbağa gölünə daş atıldı. Qardaşlarımla bir-birimizə baxışdıq. Məndən üç yaş böyük qardaşımın qaşları düyünləndi. Otaqda var-gəl etməyə başladı. Barmaqlarını ovcuna sıxıb rinqə çıxan boksçular kimi bir neçə dəfə
Yazı axını