Salman Qaralar (Balakişiyev) şair-tədqiqatçı, AYB-nin üzvü Xülasə XIX əsr aşıq poeziyasının, aşıqlıq sənətinin inkişafında böyük xidməti olan sənətkarlardan biri də Aşıq Alıdır. O, Ağ Aşıq Allahverdidən bu sənətin sirlərini mükəmməl öyrənmiş, onun yolunu davam və inkişaf etdirmiş, özü də ustadlıq məqamına çatdıqdan sonra bir çox şəyirdlər yetişdirərək sənətin inkişafına töhfələr vermişdir. Aşıq Alının yaratdığı saz havaları müsiqi xəzinəmizə daxil olan dəyərli cəvahirlər kimi əhəmiyyətlidirsə,

Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb. Dalidag.az xəbər verir ki, dörd günlük axtarışdan sonra Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib. Məlumata görə, azyaşlının meyiti çaya düşdüyü yerdən təxminən 600 metr aralıda aşkarlanıb. Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Dalidag.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə

Bu gün AYB Mingəçevir bölməsinin növbəti yığıncağı keçirildi. Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mingəçevir bölməsinə yeni sədr təyin olunmuş şair Elşən Əzim bölmənin yaradıcısı və 27 il sədri olmuş İsmayıl İmanzadənin xatirəsinin bir dəqiqəlik sayğı duruşu ilə yad edilməsini təklif etdi. Sayğı duruşundan sonra Elşən Əzim görkəmli şair-publisist İsmayıl İmanzadənin çoxşaxəli fəaliyyətindən, Mingəçevir ədəbi mühitinin formalaşmasındakı

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan, "Vətən yaxşıdır" təsnifini ifası ilə milyonların qəlbində əbədiləşdirən Xudayar Yusifzadənin doğum günüdür. Dalidag.az xəbər verir ki, Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, 2004-2015-ci illərdə Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Xudayar sonradan

İllər keçsə də, mənfur düşmənin xalqımıza qarşı törətdiyi vəhşiliklər, qanlı faciələr və günahsız soydaşlarımızın qətliamı heç vaxt unudulmur. Bu gün Kəlbəcər rayonunda 14 iyul 1989-cu ildə baş vermiş dəhşətli helikopter faciəsinin qurbanı olmuş 8 azyaşlının xatirəsi dərin ehtiramla anılıb. Dalidag.az xəbər verir ki, keçirilən anım mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, faciə qurbanlarının ailə üzvləri və yaxınları iştirak

Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabiloğlu Abutalbovun çaya düşməsi hadisəsinin detalları məlum olub. Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb. Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan

"Bu gün Şüşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti Forumun açılışında çıxışı zamanı ölkəmizin hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışdığını bildirib". Dalidag.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə

4-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqları daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib. Dalidag.az xəbər verir ki, builki Forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçiriləcək. Qeyd edək ki, 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi, 60-dan çox media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkət, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan

Kəlbəcərdə bədbəxt hadisə baş verib. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü Z.Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb. Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Dalidag.az
Yazı axını