Reklam
Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları
13-07-2026 20:19
Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabiloğlu Abutalbovun çaya düşməsi hadisəsinin detalları məlum olub.Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb.
Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.
Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 13-07-2026 20:19
Baxış sayı: 375Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























