Ömrünün yarıməsrlik mərhələsinə qədəm qoyan Sevinc xanım həm özünəməxsus poetik dünyası, həm də səmimi qələmi ilə oxucuların və ədəbi mühitin rəğbətini qazanmış, sözün çəkisini bilən imzalardandır. Sevinc Qərib 12 iyul 1976-cı ildə Laçın şəhərində anadan olub. İlk təhsilinə doğma rayonda başlasa da, 1992-ci ildə Laçının işğalından sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb və təhsilini burada tamamlayıb. Texniki təhsilli olmasına baxmayaraq, hələ orta məktəb illərindən qəlbində

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Şahlàr Şükürovun şəhadətə qovuşduğu gündür. Dalidag.az xəbər verir ki, Ş.Şükürovun şəhidlik zirvəsinə ucalmasından otuz altı il ötür.Şahlar daim döyüş bölgələrinə gedərək qaynar döyüşlərdə iştirak edərdi. O hər zaman torpaqlarımızın bütövlüyü uğrunda canını verməyə hazır idi. 1990-cı il iyul ayının 11-də Tərtər- Kəlbəcər yolunda erməni işğalçılarının hücumuna məruz qalan maşın karvanını xilas etməyə çalışan qəhrəmanımız

Fərid Muradzadə * * * Dünyanın hər yerində eynidir Hələ dil açmamış körpə səsləri, onların ağlamağı, gülüşləri — dünyanın ən şirin ilk nəğmələri. Dünyanın hər yerində eynidir lal adamların jest dilləri, delfinlərin, balinaların səs dilləri və sərhədlərin tikanlı məftilləri. Dünyanın hər yerində eynidir dənizlərin qəzəbli dalğaları, iflic bədənin hissiz ağrıları, kor insanın qaranlıq duyğuları. Dünyanın hər yerində eynidir bütün sevincləri susduran mərmi səsləri, fəlakət rəngləri, səfalət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib. Dalidag.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin Qarabağ və

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub. Dalidag.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verdi. Bildirildi ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr,

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak

Kəlbəcər rayonunda iki mina partlayışı qeydə alınıb. Dalidag.az xəbər verir ki, hadisə Kəlbəcər və Laçın rayonlarının sərhədində yerləşən yaylaq ərazisində baş verib. İlkin məlumata əsasən, partlayış nəticəsində dörd baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, sözügedən ərazidə bundan əvvəl də mina partlayışı halları qeydə alınıb. Dalidag.az

Elşən Əzim Dalidag.az Sevinc Qəribin təqdimatında Elşən Əzimin hekayəsini təqdim edir: RƏQİBLƏR Payız günəşi göyün üzündən elə minnətlə baxır ki, elə bil onu kimsə gülümsəməyə məcbur edib. Sonra da naz-qəmzə ilə buludların arxasında gizlənir. Dolu buludlar ipdən asılmış yaş köynək kimi ağır-ağır yellənir. Uçuşan yarpaqların ardınca baxan Çinar və Qovaq ağacları müdrik və səbrli görünsələr də varidatı əlindən alınmış adam kimi məyus ovqatlarını da gizlədə bilmirlər. Kiçik ağaclar və kollar isə

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır. Poeziya

"Söz odası" jurnalının ikinci sayı işıq üzü görüb. Dalidag.az -ın xəbərinə görə, jurnalın bu nömrəsində də müxtəlif mövzularda maraqlı yazılar yer alıb. Doktor Nağdəli Zamanovun "Aşıq Şəmşir yaradıcılığında tibbi etika" adlı elmi məqaləsi ilə başlayan dərgi şair-publisist Əkbər Qoşalının Sabir Rüstəmxanlı yaradıcılığına həsr etdiyi yazı ilə davam edir. "Ədəbiyyat tarixi" rubrikasında Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicranın "Nizami Gəncəvinin "Leyli və Məcnun " poemasının filoloji
Yazı axını