Reklam
Fərid Muradzadə: "Dünyanın hər yerində eynidir..." - Yeni şeir
11-07-2026 15:02
Fərid Muradzadə* * *
Dünyanın hər yerində eynidir
Hələ dil açmamış körpə səsləri,
onların ağlamağı, gülüşləri —
dünyanın ən şirin ilk nəğmələri.
Dünyanın hər yerində eynidir
lal adamların jest dilləri,
delfinlərin, balinaların səs dilləri
və sərhədlərin tikanlı məftilləri.
Dünyanın hər yerində eynidir
dənizlərin qəzəbli dalğaları,
iflic bədənin hissiz ağrıları,
kor insanın qaranlıq duyğuları.
Dünyanın hər yerində eynidir
bütün sevincləri susduran
mərmi səsləri, fəlakət rəngləri,
səfalət içindəki insan taleləri.
Dünyanın hər yerində eynidir
meqapolislərin parıldayan sərvətləri,
satılmış vicdanların ucuz qiymətləri,
missionerlərin kirli niyyətləri.
Dünyanın hər yerində eynidir
Çarəsiz olmaq, əzaba dözmək,
sevmək və sevilmək,
mahiyyətcə doğulmaq və ölmək,
ağlamaqla gülmək.
07.07.2026
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-07-2026 15:02
Baxış sayı: 394Yazı axını
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
Ən çox oxunanlar





























