Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Zümrüd Nöhbala qızı Baloğlanova vəfat edib. 1946-cı ildə doğulan Zümrüd xanım ömrünün 60 ildən çoxunu bu şərəfli peşəyə həsr etmişdi. Jurnalistlik fəaliyyətinə 1964-cü ildə “Sosialist Sumqayıtı” qəzetində başlayan qələm sahibi, sonradan “Kimyaçı” qəzetində məsul katib və məşhur “Kirpi” satira jurnalında felyeton şöbəsinin redaktoru kimi çalışıb. O, uzun illər “Kirpi” jurnalının yeganə yaradıcı qadın əməkdaşı olaraq cəsarətli

Bu gün Azərbaycanda və dünyanın əksər ölkələrində nadir astronomik hadisə müşahidə olunacaq. Dalidag.az xəbər verir ki, bu gün saat 15:15-də (Bakı vaxtı) Yer əhalisinin təxminən 99 faizi eyni anda Günəş işığı düşən hissədə olacaq. Qeyd edək ki, bu nadir astronomik hadisə hər il iyulun 8-də baş verir. Hadisə Günəşin Yerə nisbətdə mövqeyi və dünya əhalisinin coğrafi yerləşməsi ilə əlaqədardır. Məhz həmin anda bəşəriyyətin böyük əksəriyyəti planetin işıqlı tərəfində olacaq. Dalidag.az

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür

Adilə Nəzər Dalidag.az Sevinc Qəribin təqdimatında Adilə Nəzərin şeirlərini təqdim edir: SƏNDƏN O YANA... Mən bir quru neyəm, nəfəsim Səndən, Üflə, fəğanımı çatdırım ərşə. Ruhum qanadlanıb çıxanda təndən, Sınsın bu qəfəsim, Səndən o yana... Baxdım bu dünyaya, bir kölgə gördüm, Nəfsin tələsində min bəla gördüm. Mən məni itirdim, mən Səni gördüm, Yox imiş bir kəsim, Səndən o yana... Sən cəmi-camalsan, mən içi qubar, Pakladım qəlbimi, - adındır şüar. Daha nə inadım, nə iddiam var, Kəsilib

Vüsal Oğuz Dalidag.az Sevinc Qəribin təqdimatında Vüsal Oğuzun hekayəsini təqdim edir: ƏMANƏT Hər dəfə küçədə it gəzdirən xanım görəndə həmən o hadisə yadıma düşür. Yadıma düşür deyəndə ki, əslində, neçə il keçsə də unutmamışam. Günü bu gün də o əməlimdən xəcalət çəkirəm. .. .Bakıda, nəhayət, özümüzə mənzil ala bilmişdik. Onbeş il kredit ödəməliydim. Amma ona sevinirdim ki, ilk övladımızın dünyaya gəlməyinə saylı günlər qaldığı bir vaxtda kirayələrdən çıxıb öz evimizə yerləşə bilmişdik.

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Dalidag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklik də əksini tapıb. Layihəyə əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin

Aysel Fikrət Dalidag.az Sevinc Qəribin təqdimatında Aysel Fikrətin şeirlərini təqdim edir: *** Bu dünyanın nəyin deyim, nə ola? Bu aləmə nə qismində gələydim? Mən də hamı kimi doğuldum, Allah, Nağıl üzlü, pəmbə rəngli bələkdim. Anam məni qucağına alanda, Hələ təkcə onun ətrin duyurdum. Evimizdə çap maşını tak-ha-tak, Bilmədiyim şeirin sətrin duyurdum. Zaman keçdi, ilk bəxtsiz günüm gəldi, Çox gec idi, geri dönə bilmədim. Sevgi adlı bir azara tutuldum, Ölüm idi, gəl ki, ölə bilmədim. Dostlar

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə — Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,1 milyon kilometr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, yanvarın əvvəlində müşahidə olunan periheliya zamanı bu məsafə təxminən 147,1 milyon kilometr olur. Qeyd edək ki, Yer orbitinin Günəşə ən yaxın

Elvin Rizvangil Dalidag.az Sevinc Qəribin təqdimatında Elvin Rizvangilin hekayəsini təqdim edir: QARANQUŞ YUVASI 25 il əvvəl günün bu günü, yəni noyabrın 15-i anam öldü. Anam ölən gün şıdırğı yağış yağırdı. Dərsdən çıxıb evə gələndə yolda sinif yoldaşım Əkbər məni itələyib yağış suyunun yaratdığı gölməçəyə saldı. Üstüm-başım cumculuq su oldu. Anamın qorxusundan evə getmədim. Bir binanın alaqapısında dayanıb üst-başımın qurumasını gözləyirdim. Birdən ağlıma gəldi ki, onsuz da yağış yağır, evə

"Apple maps" tətbiqinin ingilis dili versiyasında Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adı ilə göstərilməsi diqqət çəkib. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan ekran görüntüsündə tətbiqin Azərbaycan dilində şəhərin adı “Xankəndi” kimi əks olunsa da, ingilis dili interfeysinə keçid zamanı “Stepanakert” adından istifadə olunduğu bildirilir. Paylaşılan görüntüdə şəhər daxilində Azərbaycan prospekti, Təbriz küçəsi, Rəsulzadə küçəsi və digər Azərbaycan toponimləri yer alır.
Yazı axını