Reklam

Şair Elşən Əzim Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri vəzifəsinə təyin edilib. Dalidag.az bildirir ki, o, Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub, 1993-cü ildə Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Mingəçevirdə məskunlaşıb. Qeyd edək ki, AYB Mingəçevir bölməsinin əvvəlki sədri İsmayıl İmanzadə bu yaxınlarda vəfat edib. Dalidag.az ailəsi olaraq Elşən Əzimi təbrik edir, işində uğurlar diləyirik! Nigar Nəriman

Şahnaz Şahin Dalidag.az Sevinc Qəribin təqdimatında Şahnaz Şahinin şeirlərini təqdim edir: ŞƏHƏR DƏ QƏRİBDİ, MƏN DƏ QƏRİBƏM Şəhər də qəribdi, mən də qəribəm.., Elə dalanından tininə qədər, Quru torpağından suyuna qədər, Neçə mərtəbəli öyünə qədər... Gedirəm, küçəsi mənə dar gəlir, Adamlar birtəhər baxır üzümə. Köhnə yurd yerində təzə cah-cəlal Gendən qəribliyi soxur gözümə. Dost-doğma şəhərdə gəzə bilmirəm, Tapa da bilmirəm köhnə ünvanı. Bax, elə bu yerdə su köşkü vardı, Bu yanda dondurma,

Şəfa Vəli Dalidag.az Sevinc Qəribin təqdimatında Şəfa Vəlinin hekayəsini təqdim edir. Q ONAĞIN QƏNDİ Q ırx beş yaşlı bir kişi üçün həyatının bu günə qədərki düzənini pozmaq elə də asan deyildi. Qohum-qonşuların, hətta, yaşı yetmişi çoxdan keçmiş anamın belə evlilik haqda danışıqları bu səbəbdən beynimin bir küncündə hər gün eşidəcəyim avtomobil siqnalı kimi adiləşmişdi. Mən bu yaşa qədər özümə qəhvə dəmləməyə,pencəyimin düymələrini bərkitməyə, köynəyimin boynunu sulu dəsmal qoyaraq ütüləməyə

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 12-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 12-də III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da keçiriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində məlumat verilir. Bildirirlib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə,

Bu gün - 2 iyul Azərbaycan polisinin yaranması günüdür. Polisin 108 yaşı tamam olur. Dalidag.az -ın məlumatına görə, Polis gününün tarixi ötən əsrin əvvəllərindən başlayır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Sonrakı illərdə daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq-mühafizə sahəsində

Həcər Paşayeva Dalidag.az Sevinc Qəribin təqdimatında Həcər Paşayevanın hekayəsini təqdim edir: BİR ARVADLI KİŞİ D ağların qoynunda yerləşən bu balaca şəhərdə hamı bir-birini tanıyır, hörmət edirdi. Bura, bəlkə də, ölkədə yeganə yer idi ki, şəhər içində taksi sürücüləri “klent”dən pul almır, yalnız uzaq kəndlərə gedənlərdən haqq alırdılar. Nəslixanın evi şəhərin ayağında—RTS dedikləri yerdə idi. Ev deyəndə ki, bu, ədəli-düdəli ev deyildi, vaqon–ev idi. Ancaq içəri girəndə bapbalaca mətbəxi,

Fərid Muradzadə * * * Təyyarə pəncərəsi Çəkilib göy üzünə Qara bulud pərdəsi Gecə ...sakitlik...huzur Gözlər yarıyuxulu Hər tərəf zil qaranlıq Bir azca da yorğunluq Təyyarə uğultusu Təkliyin pıçıltısı Qəlbimin döyüntüsü Səni tənhalığıma Pir eylədi,ilahi Sən ey gözəgörünməz, Sən ey yeri bilinməz Ey laməkan Yaradan, Yoxluqdan var yaradan. Yorulurdum yerdə də Yoruldum e, göydə də Usanıb sıxıntıdan Gileyləndim ilahi, Bir anda ay parladı Sən möcüzə göstərdin Qaranlıq kainatı Nur eylədin ilahi. * *

(Məhbub xanımın 100 yaşı münasibətilə) Bəlkə, bu yazı səndən çox özümə, səni tanıyanlara, adını çəkəndə sənə “ana”, “nənə”, “bibi”, “ xala”, “bacı” deyənlərə daha çox həsr olunur. Çünki sən əvəz gözləmədən, mükafat ummadan ömrün zirvəsinə-100 yaşa çatanacan bizlərə həyatı şərəflə necə yaşamaq, başını necə dik tutmaq yolunu göstərmisən. Mən də bu bütöv əsrin yarıdan çoxuna səninlə divar-divara qonşum kimi, ağbirçəyim-bibim kimi, əmimin sevgili Məhbubu kimi şahidlik etmişəm. İndi də vicdanımın

Rəsmiyyə Sabir Dalidag.az Sevinc Qəribin təqdimatında Rəsmiyyə Sabirin şeirlərini təqdim edir: QAYITDIM Əvvəl bu dünyada bir yuxu gördüm, Sonra da röyamı yozub qayıtdım. Bu həyatda hər gün gördüklərimi Ömür kitabına yazıb qayıtdım. Qürurum yolumda keçilməz qaya, Dərdlər qəlb evimdə durdu sıraya, Doyunca baxmadım bu tamaşaya, Uzaqdan gözucu süzüb qayıtdım. Amansız fələkdən çox gördüm həmlə, Yaxın sirdaş oldum kədərlə, qəmlə, Kağızın üstündə lələk qələmlə Özüm öz qəbrimi qazıb qayıtdım. DÜNYANIN

Bu gündən Azərbaycanda iyul çağırışı başlayır. Dalidag.az xəbər verir ki, bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış kampaniyasına start verilir.Çağırış Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 20-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncama əsasən həyata keçirilir. Sərəncama uyğun
Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























