Reklam
"Təkliyimə çıraq oldum..." - Fərid Muradzadə
01-07-2026 14:02
Fərid Muradzadə* * *
Təyyarə pəncərəsi
Çəkilib göy üzünə
Qara bulud pərdəsi
Gecə ...sakitlik...huzur
Gözlər yarıyuxulu
Hər tərəf zil qaranlıq
Bir azca da yorğunluq
Təyyarə uğultusu
Təkliyin pıçıltısı
Qəlbimin döyüntüsü
Səni tənhalığıma
Pir eylədi,ilahi
Sən ey gözəgörünməz,
Sən ey yeri bilinməz
Ey laməkan Yaradan,
Yoxluqdan var yaradan.
Yorulurdum yerdə də
Yoruldum e, göydə də
Usanıb sıxıntıdan
Gileyləndim ilahi,
Bir anda ay parladı
Sən möcüzə göstərdin
Qaranlıq kainatı
Nur eylədin ilahi.
* * *
Gözlərimin yağışı tək,
Narin-narin yağış yağır.
Ulu, qoca şəhərdəyəm,
Mən sığıram bu şəhərə,
Şəhər mənə sığışmayır.
O tayda qoydum özümü,
Kədər bürümüş üzümü.
Qərib sayma bu sözümü,
Gözü dəniz, üzü bulud,
Şəhər mənə yovuşmayır.
Təkliyimə çıraq oldum,
Ağacında yarpaq oldum,
Arzuladım, könül qoydum,
Gəlib qovuşdum şəhərə,
Şəhər mənə qovuşmayır.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-07-2026 14:02
Baxış sayı: 3126Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























