Reklam
33 il sonra nəşi tapılan kəlbəcərli qadın doğma yurdunda dəfn olundu
03-07-2026 19:00
Dalidag.az xəbər verir ki, 1905-ci il təvəllüdlü Babayeva Mədinə Rəhim qızı Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində mərhumun yaxınları, Daşbulaq kənd sakinləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mədinə Babayeva doğma kəndində son mənzilə yola salınıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Mədinə Babayeva 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Daşbulaq kəndinin işğalı zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan Mədinə Babayevanın nəşi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilən axtarış və eyniləşdirmə tədbirləri nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 03-07-2026 19:00
Baxış sayı: 3266Yazı axını
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
Ən çox oxunanlar





























