Xankəndi qazsız qalıb. Dalidag.az xəbər verir ki, sülhməramlıların nəzarət zonasında olan Xankəndi şəhərini qazla təmin edən magistral kəmərdə boru partlayıb, nəticədə şəhərə mavi yanacağın verilməsi dayandırılıb. İlkin versiyalara görə, magistral qaz kəmərində qəzaya səbəb Kiçik Qaladərəsi (Kirov) qəsəbəsindəki qaz kəməri hissəsində boru kəmərinə icazəsiz və qanunsuz qoşulma nəticəsində baş vermiş partlayış olub. Partlayış nəticəsində bir yerli sakin həlak olub, dağıntılar var.

Bu günlərdə Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub. Kitab tanınmış Azərbaycan filoloqu Aslan Məmmədlinin doktorluq dissertasiyasıdır və onun əziz xatirəsinə həsr olunub. Aslan Məmmədli görkəmli Azərbaycan dilçisi professor Məmməd Tağıyevin yaratdığı Bakı Frazeologiya Məktəbinin nümayəndəsi idi. Dissertasiya 1996-cı ildə Bakıda müdafiə olunub və müqayisəli frazeologiya sahəsində fundamental əsərdir. Burada ilk dəfə olaraq Azərbaycan və rus

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir,

Gəncədə azyaşlı ölüb. Dalidag.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlanan ərazisində baş verib. 10 yaşlı Kəlbəcər rayon sakini Ə. Əlizadə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub. Qəsəbə məktəbində təhsil alan Ə. Əlizadənin qıcolmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan diversiya qrupunun Söyüdlü yatağına girməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Geqamasar icmasının rəhbəri Akop Avetyan isə deyib ki, Azərbaycan və Ermənistan tərəfi görüş keçirib, bu zaman isə işçilər təxliyə edilib. İşçilərin təxliyə edilməsi ermənilər arasında həyəcana səbəb olub və Azərbaycan diversantları haqda xof canlarını bürüyüb.

Əlövsət Ağalarov, Əməkdar jurnalist Qələm ləkə götürmür Yeddinci sinifdə oxuyurdum, məktəbdə bir az ədalı, özündənrazı, amma çox yaxşı oxuyan bir qızla aradabir sözləşirdik. Mən də babat oxuyurdum, bəlkə də ona görə bir-birimizlə rəqabət hissi azacıq həddini aşırdı, fənnlərlə bağlı sual-cavablarda hansımız uduzurduqsa, cığallıq, bəzən də az qala əlbəyaxa uşaq davasına qədər emosiyalar coşurdu. Amma şükür ki, söz davasıyla qurtarırdıq. Eyni zamanda, bəzən günlərlə küsülü qalırdıq. Sinif

İşğaldan azad edilmiş Laçın rayonundan maraqlı görüntülər yayılıb. Belə ki, yolda hərəkət edən hərbçilərimizin qarşısına cüyürlər çıxıb. Həmin görüntüləri təqdim edirik:

Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq, daha iki qurum - Ədliyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb. Bu barədə İmişli Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin

Şuşa və Ağdam ilə yanaşı işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır. Dalidag.az xəbər verir ki, bunu report-a rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. R.Nəbiyevin sözlərinə görə, Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reysləri cənab Prezidentin tapşırığına uyğun olaraq "Qarabağa böyük qayıdış” planının tərkib hissəsidir: "Reyslər başlanarkən də biz demişdik ki, reysləri müntəzəmliyi, onun ayda neçə
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024