Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. "Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", -

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Fevralın 15-i saat 01:40 radələrində

"Əliyev və Ərdoğanın Şuşa Bəyannaməsini təsdiq etmələri ilə sənəd qüvvəyə mindi. Sənəd suverenliyə qarşı təhdidləri aradan qaldırmaq üçün iki ölkənin bir-birinə tam dəstəyinə imkan verir”. Dalidag.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. Politoloqun sözlərinə görə, Azərbaycan bundan sonra Qarabağda suverenliyinə qarşı təhdidi aradan qaldırmaq üçün hərəkətə keçəcəyi təqdirdə Türkiyə təkcə siyasi yox, hərbi baxımdan da prosesdə aktiv iştirak edə bilər: "Bəyannamənin imzalanmasından

Azərbaycanın Ermənistana sülh çağırışları davam edir. Son olaraq bunu Prezident İlham Əliyev Ağdama srağagünkü səfəri zamanı bir daha bəyan elədi. Bildirdi ki, Bakı İrəvanla sülh müqaviləsi imzalamağa hazırdır. Dövlət başçısı İrəvanın yerinə yetirməli olduğu əsas şərti də xatırlatdı. Sitat: “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi

Bu gündən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin "Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Dalidag.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda

Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. (Platon) Ən qiymətli sərmayə təhsilə qoyulan sərmayədir. Uğurlu gələcək arzusunda olan, hər kəs yaxşı təhsil almalı, öz bilik və bacarığı ilə vətəninə, xalqına xidmət etməli, məqsəd-məramı, yeni-yeni ixtiralar etməklə vətən qarşısında əvəzsiz töhfələr vermək olmalıdı. Bu gün daha bir uğurlu gəncimizdən yazacam. Lütfizadə adına Texniki Humanitar

Azərbaycanda dərin tarixi kökü olan ulu ozan-aşıq sənəti xalq yaradıcılığının ən mühüm tərkib hissəsi, ayrılmaz qoludur. Özündə musiqi, poeziya və ifaçılığı birləşdirən aşıq sənəti ölkəmizdə geniş yayılmış, bütün dövrlərdə öz dəyərini qoruyub-saxlamışdır. Bir sözlə, qədim köklərə söykənən ozan-aşıq sənəti şərəfli bir yol keçmişdir. Elə bölgələrimiz var ki, orada aşıq sənətinin özünəməxsus məktəbi var. Bu baxımdan, Kəlbəcər aşıq məktəbi istər ədəbi, istərsə də musiqi yaradıcılığı sahəsində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair imzaladığı qanun "Resmi Gazete"də dərc olunub. Dalidag.az -ın xəbərinə görə, qanun qüvvəyə minib. Qeyd edək ki, fevralın 11-də Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb. Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə

“Azərişıq” ASC-nin əməkdaşları “Laçın dəhlizi”nin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar. Dalidag.az xəbər verir ki, “Azərişıq”ın əməkdaşları dəhlizdə işlər aparır. İşçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur. Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir. Dalidag.az

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əfqan Əsgərov bu gün vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə mərhumun qızı Sevinc Əfqan məlumat verib. Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub."Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı", "Cənnətməkan" kimi əsərləri olan yazıçı daha çox "Bəy İnal" romanı ilə tanınırdı. Allah rəhmət eləsin.
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024