Azərişıq ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb. Dalidag.az xəbər verir ki, videokadrlardan ASC-nin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür. Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi

Laçın dəhlizindən yeni görüntülər yayılıb. Görüntülərdə Azərbaycana məxsus avtomobillərin hərəkət etdiyi əks olunub. Həmin videonu təqdim edirik: Dalidag.az

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-ı tarixində baş tutan referendumunun nəticələrinə görə Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü kimi qiymətləndirilən bu təşəbbüs Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı

Müdafiə Nazirliyi (MN) Azərbaycan hərbi qulluqçularının erməniləri guya atəşə tutması barədə yaydığı məlumatı təkzib edib. Nazirlikdən verilən məlumatda bildirilir ki, erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır. Dalidag.az

"Biz Ermənistanda cinayətkar Robert Köçəryanın fəallaşmasını müşahidə edirik. Hesab edirəm ki, onun üçün gələcək o qədər də xoş olmayacaq. Zənnimcə, onunla bağlı məhkəmə prosesi gedir və onun həbs olunma ehtimalı var. Bu səbəbdən də fəallaşıb". Bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Professorun sözlərinə görə, müşahidələr deməyə əsas verir ki, Köçəryan təsadüfən fəallaşmır: "Düzdür onunla bağlı məhkəmə prosesi də var. Amma diqqət edəndə görürük ki, Robert Köçəryanın

Həmişə böyük fəxrlə özümə ustad hesab etdiyim Məhəmməd Nərimanoğludan mən yazıcılığın deyil, insanlığın sirlərini öyrənmişəm. Öyrənmişəm ki, hansı yaşda, hansı statusda, hansı ucalıqda olmağına baxmayaraq, özündən dəfələrlə kiçik, təcrübəsiz bir gəncin ən xırda işinə belə diqqət göstərmək, onu həvəsləndirmək, onda özünə inam yaratmaq olarmış. Öyrənmişəm ki, sevgi təkcə xoş sözlər deyil, bəzən içdən gələn bir təbəssüm də ola bilirmiş. Öyrənmişəm ki, bəzən ən yaxınından, ən doğmandan görmədiyin

Bizim təkliflərimiz əsasında gələcəkdə işğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq. Azad olunmuş torpaqlarda infrastruktur qurulduqdan sonra işə başlanılacaq. Dalidag.az xəbər verir ki, bunu AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib. Onun sözlərinə görə, astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir. Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir. Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar

"AFB Bank” ASC "Ecohouse” MMC-ni məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir. "Ecohouse” MMC barədə açıq mənbələrdə hər hansı məlumat olmasa da, "AFB Bank" Azərbaycanda kifayət qədər yaxşı tanınır. Çünki bu bank Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. "AFB Bank” ASC-nin səhimlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə

Ermənilər Suqovuşandan hərəkət edən hərbi karvanın qarşını kəsərək hərbçilərimizi Kəlbəcərə buraxmayıb. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, 200 yaxın mülki erməni yolu kəsərək karvanın hərəkətinə imkan verməyiblər. Əraziyə gələn Rusiya Federasiyasının sülhməramlı kontingentinin danışıqları da heç bir nəticə verməyib. Hərbi texnikanın bir qismi yenidən geri Suqovuşana qayıdıb.
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024