Ermənilər Suqovuşandan hərəkət edən hərbi karvanın qarşını kəsərək hərbçilərimizi Kəlbəcərə buraxmayıb. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, 200 yaxın mülki erməni yolu kəsərək karvanın hərəkətinə imkan verməyiblər. Əraziyə gələn Rusiya Federasiyasının sülhməramlı kontingentinin danışıqları da heç bir nəticə verməyib. Hərbi texnikanın bir qismi yenidən geri Suqovuşana qayıdıb.

“BAKI METROPOLİTENI” QSC-YƏ Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə edilmiş tarixi Zəfər Azərbaycanı dünyaya qalib dövlət, bizləri isə müzəffər xalq kimi təqdim etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünya hərb tarixinə yeni səhifələr yazdı. Bu barədə daha çox məlumatlara malik olduğunuza inanaraq, vaxtınızı çox almayım. BAKI METROSUNUN 30 İLLİK “STAJA” MALİK BİR SƏRNİŞİNİ KİMİ SİZƏ MÜRACİƏT EDİRƏM! QARŞIDAN NOVRUZ BAYRAMI, İLAXIR

Rusiya sülhməramlıları Qarabağın Xocavənd rayonunun orta məktəbində “Sülhməramlının dərsi” adlı interaktiv dərs keçirib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Dərs zamanı rus hərbçiləri sülhməramlıların əsas vəzifələri, Rusiyada və dünyada sülhməramlı qüvvələrin yaradılması tarixi haqqında məlumat veriblər. Rus istehkamçıları ərazinin necə təmizləndiyini nümayiş etdirib, mina detektorunun işləmə mexanizmini göstəriblər./axar.az Dalidag.az

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası işləri çərçivəsində Daxili İşlər Nazirliyi, o cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına "Müharibə veteranı” adı verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib. Dalidag.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu

AMEA prezidenti Ramiz Mehdiyev “sindromu” davam edir. O, postundan istefa verdikdən sonra yenə də akademiyada iş başındadır. Baku TV-yə açıqlamasında deyib ki, ərizəsini prezidentə təqdim edəcək, ondan sonra AMEA ilə vidalaşacaq. Göründüyü kimi, o istəyir ki, işdən prezident sərəncamı ilə çıxarılsın. Qeyd edək ki, Mehdiyevin istefasını tələb edənlərin sayı durmadan artır. Hətta vaxtilə ona yaxın olan, komandasının üzvü olduğu deyilən şəxslər də dilə gəliblər. Onlar da israrla “Boz kardinal”dan
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024