Kəlbəcər rayonunun Çovdar və Şahkərəm kəndlərinin sakinləri Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi! Onlar birləşdiriləcək kəndlərin siyahısına sakini olduqları kəndlərin də adının salınmasını istəmirlər və fikirlərini aşağıdakı müraciətdə Birinci vitse-prezidentin nəzərinə çatdırırlar. Dalidag.az sözügedən müraciəti təqdim edir: "Hörmətli Mehriban xanım! Azərbaycan Respublikasının Prezdienti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi

Azərbaycanın dövlət və ictimai xadimi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalidag.az xəbər verir ki, M.R.Rəsulzadə 138 il bundan əvvəl, 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb,

28 yanvar tarixində faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun yaranması gününü qeyd etmək istəyən Rusiya Erməniləri İttifaqının əməlinə erməni səfir haqq qazandırmağa çalışıb. Dalidag.az axar.az-a istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyi film ətrafında baş verənləri “ehtirasları süni şəkildə alovlandırmaq cəhdi” kimi qiymətləndirib. Səfirlik qeyd edib ki, onlar mediada yazılanları “diqqətlə izləyirlər” və Ermənistanın azadlığı üçün vuruşan

“Balta” ləqəbli boksçu Maksim Şerbakov keçmiş məşqçisi Albert Karmazyanı döyüb. Hadisə Şerbakovun Maksim Novoselovla dueldə texniki nokautla məğlub olmasından sonra baş verib. Təşkilatçıların köməkçisi, keçmiş mentor və məşqçi ilə münaqişə paltardəyişmə otağında baş verib. Əvvəlcə onlar münasibətlərini yüksək tonda həll etməyə çalışıblar və bundan sonra davaya çevrilib. Münaqişə nəticəsində boksçunun burnu sınıb və beyni silkələnib. Məşqçinin sözlərinə görə, keçmiş tələbəsi özü dava salıb: “Ola

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. Dalidag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. Keçirilən

“44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri Bakıya ən azı 1 ədəd ”İsgəndər-SS-26″ ballistik raket atıb”. Dalidag.az xəbər verir ki, bu barədə tanınmış amerikalı siyasi icmalçı Maykl Doran Azərbaycan Diplomatik Akademiyasının jurnalında dərc olunan məqaləsində yazıb. O xatırladıb ki, Ermənistanın strateji silah arsenalına Moskvanın nəzarət etdiyini xatırladıb. Yəni, ermənilər “İsgəndər-SS-26″i müstəqil şəkildə istifadə edə bilməzdilər: ”Ola bilsin rus komandanlıq iyerarxiyasında

BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib. Bu barədə yanvarın 28-də BMT-də brifinq zamanı beynəlxalq təşkilatın sözçüsü Fərhan Haq bildirib. F.Haq deyib: “Həqiqətən də xoşbəxt gündür, çünki biz daha çox dosta büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Əlcəzair, Azərbaycan, Bruney Darussalam, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnama təşəkkür edirik. Onların sayı artıq 37-yə çatıb”. Dalidag.az
Yazı axını