Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. D aha bir yurd həsrətlisi yurduna qovuşmadan dünyadan köçdü. Dalidag.az xəbər verir ki, uzun illər Kəlbəcər təhsilinə öz töhfələrini vermiş müəllim-şair Hümmət Əmrahov vəfat edib. Qeyd edək ki, Hümmət Məhəmməd oğlu Əmrahov (Hümmət Qəlbinur) 1936- cı ildə Kəlbəcər rayonunun Çovdar kəndində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta məktəbi isə Kəlbəcər şəhərində bitirib. 1962 -ci ildə Azərbaycan Pedoqoji İnstitutuna (APİ) qəbul olub.

Arxada qoymağa hazırlaşdığımız il ölkəmizin tarixi üçün xeyli əlamətdar sayıla biləcək hadisələrlə yaddaşlarda qalacaq. Artıq Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın ikinci ilinə keçirik. Ötən bir il ərzində Ermənistan imza atdığı sənədi heçə sayaraq dəfələrlə Qarabağda təxribatlar törədib. Azərbaycan və Ermənistan arasında vaxtaşırı baş verən atışmalar fonunda Müdafiə Nazirliyi ilk dəfə olaraq 11 avqustda Qarabağda Rusiya sülhməramlılarının olduğu

Katolikos I Aram “artsax”ı və ordunu gücləndirməyə çağırır; Hacı Şahin: “Erməni cəmiyyəti kilsənin onu faciəyə dəvət etməsinin fərqində olmalıdır” Ermənistanda revanşist çağırışlar səngimək bilmir. Xüsusən də bu çağırışlar hökumət başçısı Nikol Paşinyanın son açıqlamasından sonra güclənib. Hakimiyyəti ittiham edən radikal və millətçi müxalifət hesab edir ki, Paşinyan administrasiyası Qarabağ məsələsindən tam əlini çəkməkdə, təslimçiliyə getməkdədir. “Yeni Müsavat” bildirir ki, özəlliklə sabiq

Hazırda həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkilləri- Cavad Cavadov, Valeh Mehraliyev, Cəlil Mirzəyev, Adəm Məmmədov ölkə rəhbərinə mətbuat vasitəsi ilə açıq müraciət ünvanlayıb. Dalidag.az xəbər verir ki, müraciətdə deyiir: "Möhtərəm cənab Prezident! Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatmışdır və artıq məhkəmə çıxışları mərhələsidir. Məhkəmənin əvvəlindən Edar Həsənov iclasların qapalı keçirilməsini israrla

Aşıq Şəmşir ocağına ağır itki üz verib. Dalidag.az xəbər verir ki, təkcə Kəlbəcərdə deyil, bütün Azərbaycanda nüfuz, hörmət sahibi olan, şair, yazıçı, ictimai xadim, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu bu gecə 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik

Baş Qərargah rəisi Kəlbəcərdə Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib. Baş Qərargah rəisi Ermənistanla dövlət

Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır. Qeyd

Ermənistan dünyanın 7 ən bədbəxt ölkəsindən biridir. Bunu müstəqil araşdırma assosiasiyaları “Gallup International” və “Romir” tədqiqat holdinqinin keçirdikləri sorğunun məlumatları sübut edir. “Romir” holdinqinin “Novosti-Armeniya” agentliyinə verdiyi məlumatda qeyd edilir ki, sorğu zamanı Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı olduğunu, 5%-i çox narazı olduğunu bildirib. Sorğunun nəticələrinə əsasən Ermənistan xoşbəxtlik indeksinin ən

"Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır". Dalidag.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: "İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni 6 aydan sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster

Onun haqqında çoxsaylı əfsanələr dolaşır. Əslində onu görənlər onu əfsanə adlandırırdılar. Çünki o bir əfsanə idi. Dalidag.az xəbər verir ki, söhbət Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovniki Murad Mirzəyevdən gedir. Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991–1994-cü
Yazı axını