Reklam
Kəlbəcərli müəllim-şair vəfat etdi - ŞƏKİL
31-12-2021 19:37
Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Daha bir yurd həsrətlisi yurduna qovuşmadan dünyadan köçdü.Dalidag.az xəbər verir ki, uzun illər Kəlbəcər təhsilinə öz töhfələrini vermiş müəllim-şair Hümmət Əmrahov vəfat edib.
Qeyd edək ki, Hümmət Məhəmməd oğlu Əmrahov (Hümmət Qəlbinur) 1936- cı ildə Kəlbəcər rayonunun Çovdar kəndində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta məktəbi isə Kəlbəcər şəhərində bitirib. 1962 -ci ildə Azərbaycan Pedoqoji İnstitutuna (APİ) qəbul olub. Uzun müddət Kəlbəcərin ucqar kəndlərində, daha sonra Qax rayonunun Şıxlar kəndində müəllim kimi fəaliyyət göstərib.
H.Əmrahov həm də ədəbi yaradıcılıqla məşğul olurdu. Kəlbəcərdə nəşr olunan "Yenilik" qəzetinin nəzdində fəaliyyət göstərən "Dəlidağ nəğmələri" Ədəbi Birliyinin üzvü olub və mütəmadi olaraq adıçəkilən qəzetdə şeirləri dərc edilib. 1988-ci ildən Qax rayonunda təsis olunmuş "Kürmük nəğmələri" Ədəbi Birliyinin üzvü idi. Davamlı olaraq yerli "Şəlalə" qəzetində və bir çox mətbu orqanlarda ədəbi nümunələri yer alıb. Şeirlərini Hümmət Qəlbinur təxəllüsü ilə yazıb. "Ömür payıma düşən dünyam" və "Peyğəmbərnamə" adlı şeirlər kitabının müəllifidi.
Dalidag.az olaraq, Hümmət müəllimin vəfatı ilə əlaqədar yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin! Ruhu şad olsun!
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 31-12-2021 19:37
Baxış sayı: 31 690Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















