Rusiyanın hakim “Vahid Rusiya” partiyasının deputatı, Azərbaycan XİN-in “qara” siyahısında olan Vitali Milonov növbəti dəfə Qarabağa qanunsuz səfər edib. Dalidag.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində fotolar yayılıb.Məlumata görə, ermənipərəst Duma üzvü separatçı-terrorçu Arayik Arutyunyanla görüşüb. Sonra isə Xankəndidəki ermənilərə məxsus “6 saylı orta məktəb”də keçirilən Yeni il şənliyinə qatılıb. Şaxta baba libası geyinən deputat erməni

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib. Dalidag.az -ın qafqazinfo-ya istinadən məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dalidag.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə son olaraq xaricdə yaşayan iki nəfər şahidin ifadələri elan olunub. Daha sonra dövlət ittihamçısı Anar Nəsibov məhkəmə istintaqının başa çatdırılmasını xahiş edib. Hakimlər müşavirədən sonra məhkəmə istintaqının başa çatdığını elan ediblər. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses dekabrın 29-da davam

Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib. Dalidag.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Əhməd İsayev 1940-cı il avqustun 30-da Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb Qeyd edək ki, o, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), “Qızıl qələm” (1974), “Ustad” ali jurnalistika

İkinci Qarabağ müharibəsi zamanı öyrənilən ən böyük dərslərdən biri dağlıq ərazidə edilən əməliyyat və bu əməliyyatı həyata keçirən birliklərdir. Dalidag.az xəbər verir ki, bunu Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar trend-ə açıqlamasında bildirib. O bildirib ki, komandolar müasir hərbin ən əsas fiqurlarında biridir. “Başda Qarabağ olmaqla, Azərbaycanın bir çox bölgəsi dağlıq ərazidir. Bu dağlıq ərazilərdə maneələr yaradan və lazım gəldikdə mübarizə aparacaq birliklərə ehtiyac var. Bu

Separatçı David Babayan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı açıqlamalarına münasibət bildirib. Dalidag.az konkret.az-a istinadla xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Nikol Paşinyanın Qarabağ bağlı son çıxışı separatçıları çox qəzəbləndirib. Hətta o dərəcədə qəzəbləndirib ki, onlar artıq “Ermənistana birləşmək yox, ayrıca respublika olmaq istəyirlər”. Nikol Paşinyanın “azərbaycanpərəst” bəyanatından sonra “Arsax Milli Assambleyası” bəyanat

Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu deyən Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha etiraf edib. Özü də qısa və konkret şəkildə. Paşinyandan daha bir etiraf isə Qarabağın son statusunun dəqiqləşdirilməsi ilə bağlı olub. Ermənistanın baş naziri bu məsələnin Azərbaycan Konstitusiyası əsasında baş verməli olduğunu bildirib. "Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda və bununla bağlı danışıqlara başlamaqda maraqlıdır". Dalidag.az Xəzər

Atasızlığın ağrı-acısını 11 yaşımda, soyuq dekabr günü daddım. O vaxtdan ürəyim üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı, ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm... Bunu çəkənlər bilir, heç kimə vaxtsız ata itkisi diləmirəm... O gündən ürəyim qorxdu, çöl-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi uşaqlıq şıltaqlığının, nadincliyinin həzzini ala

“Mən Ermənistan tarixinin ən böyük yaramazının, satqın, qatil və “Artsax”ı rədd edən damğasını öz üzərindən götürmək cəhdini dinləyirəm”. Bu sözləri “Respublika” partiyasının sədr müavini Armen Aşotyan deyib: “Açıq yalanlardan, açıq cəhalətə, dəhşətli saxtakarlıqlardan yeni xəyanətlərə qədər. “Artsax” məsələsində əsl fəlakət 2018-ci ildə, Ermənistanda sənin kimi axmaq hakimiyyətə gələndə baş verdi. Qarabağ məsələsində yalanlarınızı, saxtakarlıqlarınızı, xəyanətinizi ifşa etməkdən

Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı hazırladığı etiraz notasını Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkilinə təqdim edib. Notada, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfərin Azərbaycanın suverenliyi və ərazi
Yazı axını