Reklam
"Laçın dəhlizini indidən "su yolu"na çeviriblər"
25-12-2021 12:06
Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.
Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı hazırladığı etiraz notasını Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkilinə təqdim edib. Notada, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halı kimi qiymətləndirib.Qeyd edək ki, 9 Noyabr bəyannaməsində, Azərbaycanın hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verməsi ilə bağlı müddəa yer alıb. Bu dəhlizdən daha çox Fransa Senatının və Rusiyanın bəzi siyasi dairələrinin nümayəndələrinin istifadə etdiyini deyən politoloq Qabil Hüseynli bizimyol.info saytına açıqlamasında bildirdi ki, Livan və ABŞ da daxil olmaqla, erməni lobbisinin güclü olduğu ölkələrin vətəndaşları da rəsmi Bakının icazəsi olmadan torpaqlarımıza qanunsuz səfərlər edirlər: "Onlar ərazilərimizdə müxtəlif pozucu və təxribat xarakterli tədbirlər keçirir, nitqlər söyləyir, bütövlükdə isə Azərbaycanın suverenliyinə böyük zərbə vururlar. Bu səbəbdən də Azərbaycan XİN-nin Valeri Pekrezin Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı etiraz notasını müsbət addım kimi dəyərləndirirəm. Son hadisələr göstərir ki, belə səfərlərlə Azərbaycan xalqının səbrini və dözümünü sınağa çəkilir. Onlar bilməlidir ki, xalqımız belə addımlara qarşı qəzəblidir və suverenliyini təmin etmək üçün hər an lazım olan tədbirləri görəcək".
- Bəs Fransa hökuməti Valeri Pekrezin qanunsuz səfəri ilə bağlı hansısa tədbir görəcək?
- Ümumiyyətlə, bundan sonra öz vətəndaşlarının bölgəyə qanunsuz səfərlərinin qarşını alacaq?
- Laçın dəhlizindən tam istifadəyə verildikdən sonra Azərbaycan və Ermənistandan başqa daha hansı ölkələr istifadə edəcək?
- Fransa da bu ölkələr sırasında varmı?
Rəsmi Bakının dəfələrlə həm bu məsələ, həm də sülhməramlı qüvvələrin fəaliyyətsizliyi ilə bağlı Rusiyaya bir neçə dəfə etiraz etdiyini söyləyən həmsöhbətimizin sözlərinə görə, bu barədə əldə edilmiş bütün faktlar sənədləşdirilərək Moskvaya təqdim edilib: "Ancaq Rusiya beynəlxalq hüquq normalarına hormət etməyən və beynəlxalq münasibətlər əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən bir dövlətdir. Son dövrlərdə rus sülhməramlı qüvvələrinin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı törətdiyi bütün əməllərin və hərəkətlərin siyahısını tərtib etsək, böyük bir sənəd ortaya çıxar. Təbii ki, Azərbaycan da onların bölgədə uzunmüddətli qalmasını istəmir. Moskva uzun müddətdir ki, bu qüvvələr üçün BMT-dən mandat almaq istəyir, amma rəsmi Bakı razı olmadığı üçün BMT bundan imtina edir. Türkiyə də sülhməramlıların bu fəaliyyətindən narazıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Vladimir Putin ilə apardığı danışıqlarda, Ağdam ərazisində fəaliyyət göstərən monitorinq mərkəzinə əlavə səlahiyyətlərin verilməsini, Laçın dəhlizində və Yuxarı Qarabağda Türk-rus birgə patrul xidmətinin yaradılmasını təklif edib. Hələlik, Rusiya bu təklifə heç bir cavab verməyib. Qarabağın dağlıq hissəsində rus sülhməramlılarının açıq formada erməniləri müdafiə etməsi artıq normal hala çevrilib. Bu vəziyyət artıq ölkəmizdə hər kəsi ciddi narahat edir və onların bölgədəki fəaliyyətinə son qoyulmasını tələb edir".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-12-2021 12:06
Baxış sayı: 3377
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23