"Növbəti ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər". Dalidag.az-ın məlumatına görə, bunu "YAŞAT" Fondunun bir illik hesabat tədbirində Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin rəhbəri Abdullah Erenlə memorandum imzalanıb: "Həmin qurumla birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq".

Dekabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun mütəxəssisləri Ryan Qrist və Helen Kriger-Elis Makkenzi ilə görüşüb. Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, bu problemin həlli istiqamətində aparılan dövlət siyasəti, həmçinin komitənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial

Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan böyük bir ədibdir. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub. Dalidag.az -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab

Azərbaycanın bir müddət əvvəl Ermənistana təhvil verdiyi keçmiş əsirlər - ötən il dekabrın əvvəlində Xocavənd rayonunda saxlanılan 62 nəfərlik diversiya-təxribat qrupunun bəzi üzvləri İrəvanda sorğu-sual ediliblər. Dalidag.az -ın verdiyi məlumata görə, 44 günlük İkinci Qarabağ Müharinbəsinin başa çatmasından sonra Ermənistanın Şirak vilayətindən Xocavəndə göndərilən diversantlar İrəvandakı sorğu-sual zamanı Azərbaycan əsgərlərinə necə əsir düşdüklərini danışıblar. Adları tam olaraq açıqlanmayan

Rusiya hərbçilərindən ibarət nümayəndə heyətinin İrəvana səfər etdiyi haqda məlumat yayılıb. Dalidag.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Rusiya xüsusi hərbi təyyarəsinin Erebuni hava limanına endiyini yazıb. İddia edilib ki, nümayəndə heyəti Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası prosesinə başlamaq üçün danışıqlar aparacaq. Rusiya heyətinə Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradovun rəhbərlik etdiyi bildirilir. “Sputnik” isə rus hərbçilərin gəlişini

İspaniyanın Barselona Universitetinin arxeoloqları Minyada apardığı qazıntılar zamanı Qədim Misirin son dövrünə aid iki bitişik məzar tapıblar. Dalidag.az xəbər verir ki, arxeoloqlar naməlum Misir mumiyasının ağzında qızıl dil, qadın şəklində əhəng daşından düzəldilmiş sarkofaq və yanında başqa bir naməlum şəxsin qalıqlarını aşkar ediblər. Məzar sahibinin şəxsiyyəti hələ müəyyən olunmayıb, tapılan mumiyanın vəziyyəti qənaətbəxş deyil, hazırda onun şəxsiyyətinin müəyyən edilməsi üzərində iş
Yazı axını