Reklam
Dövlət Komitəsində Böyük Britaniyadan gəlmiş analitiklərlə görüş olub
08-12-2021 19:05

Dekabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun mütəxəssisləri Ryan Qrist və Helen Kriger-Elis Makkenzi ilə görüşüb.
Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, bu problemin həlli istiqamətində aparılan dövlət siyasəti, həmçinin komitənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Qeyd edilib ki, Ermənistanın otuz ilə yaxın müddətdə işğalda saxladığı, ötən il 44 günlük müharibə nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövləti geniş bərpa-quruculuq işlərinə başlayıb, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük prinsipi əsasında və ləyaqətlə öz tarixi torpaqlarına qayıdışına hazırlıq görülür.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və minatəmizləmə işlərinə Böyük Britaniyanın verdiyi dəstək minnətdarlıq hissi ilə qeyd olunub, bunun ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Britaniyalı analitik Ryan Qrist Azərbaycana səfərdən məmnunluq duyduqlarını vurğulayıb, münaqişənin başa çatmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını yüksək dəyərləndirib. Postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər, keçmiş münaqişə zonasında dinc birgəyaşayışla bağlı qonaqların sualları cavablandırılıb. Həmçinin bu sahədə əməkdaşlıq imkanlarına toxunulub, fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-12-2021 19:05
Baxış sayı: 3295Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























