Reklam
Yeni kəşf: O biri dünyada “danışa bilən” mumiya tapıldı
08-12-2021 09:47
İspaniyanın Barselona Universitetinin arxeoloqları Minyada apardığı qazıntılar zamanı Qədim Misirin son dövrünə aid iki bitişik məzar tapıblar.Dalidag.az xəbər verir ki, arxeoloqlar naməlum Misir mumiyasının ağzında qızıl dil, qadın şəklində əhəng daşından düzəldilmiş sarkofaq və yanında başqa bir naməlum şəxsin qalıqlarını aşkar ediblər.
Məzar sahibinin şəxsiyyəti hələ müəyyən olunmayıb, tapılan mumiyanın vəziyyəti qənaətbəxş deyil, hazırda onun şəxsiyyətinin müəyyən edilməsi üzərində iş aparılır.
Elm adamlarına görə, mumiyanın ağzındakı qızıl dil qədim misirlilərin din və cənazə ənənələri ilə bağlı ola bilər. İnanca görə, mumiya qızıl dili ilə o biri dünyada sorğu-sual edildikdə danışa bilir.

Bundan əvvəl İsgəndəriyyədə də Qədim Yunan-Roma dövründə aid qızıl dil tapılıb. Bunun tanrı Amonla əlaqəsinin olduğu bildirilib.
İspan arxeoloqlar bundan əvvəl 2020-ci ilin may ayında Roma dövrünə aid səkkiz məzarın, eləcə də Qədim Misirin son dövrünə aid məzarının tapıldığını açıqlamışdılar./teleqraf.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-12-2021 09:47
Baxış sayı: 4447Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























